Şou-biznes

“Qız kimi hoppanıb düşməyi özümə yaraşdırmıram” - VİDEO

14 Sentyabr 2018 13:10
7 Şərh     Baxış: 4 408

Dava sevmirəm, konflikt adamı deyiləm. Nəinki qrup üzləri ( W-Trio), həmkarlarımla, sinif yoldaşlarımla, dostlarımla çox az konfliktim olub. 

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Sənətçi bir müddət əvvəl əməkdar artist Röya Ayxanla arasında plagiat mahnı iddiaları ətrafında yaranan qalmaqala münasibət bildirib. O, Röyayla düşmən olmadığını qeyd edib:

"Mənə dəstək olan ailəm, həyat yoldaşım var. Hər şeydən əlim üzülsə belə, onlara baxıb sevinirəm. Heç kimlə problemim yoxdur. Kinim, neqativ düşüncələrim də yoxdur. Bugünkü gündə qapıdan içəri girən adama salam verərəm, hal-əhval da tutaram. Heç bir azərbaycanlı mənim düşmənim ola bilməz. Bunu birmənalı şəkildə demişəm. Onlara nə demişəmsə, olanı demişəm. Həyat səhifələrimizə baxanda hər şey göz qabağındadır. Heç nəyi nə artırmamışam, nə də azaltmamışam. Yalan danışmamışam, olanı demişəm, faktları sadalamışam. Burda nə var ki? Boynuma alıram, etiraf edirəm". 

Elnarə son klipi olan "Sevgi fəslim"dən də danışıb.  Müğənni bildirib ki, əvvəlki Elnarə bir daha qayıtmayacaq:

"Kliplərimdə hər zaman özümü oynamışam. Məndən əvvəlki Elnarəni gözləyirlər. Nə özləri başa düşmürlər, nə də mən başa sala bilmirəm. Əvvəlki Elnarə qayıda bilməz. Fikirlərim dəyişib, formalaşıram, müdrikləşirəm. Yaşımın üstünə yaş gələndə kamilləşirəm. Yetkin bir insana qız kimi ora-bura hoppanıb düşməyi yaraşdırmıram. Mənə nə qədər mahnı mətnləri gəlir. Elə bilirsiz ki, hər mahnını oxuyuram?! Yüz dəfə baxıram, seçirəm. İndi belə şeyləri çox düşünürəm. O vaxtlar nə gəldi oxumuşam". 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Seva · 14 Sentyabr 13:1662

    Müğənni rəqs də edər hoppanıb düşər də təbii ki yerində burda pis heç nə yoxdu .bir də ki əlbəttə kök xanımlar istisna. ...

    Cavab yaz
  • Anonim
    Türkan · 14 Sentyabr 13:1853

    Nəysə qız indi ağıllanıb da onu demək istəyir

    Cavab yaz
  • Anonim
    Nara · 14 Sentyabr 13:2584

    Ugursuzlugunuzu yasin ustune atmayin.mugenni sehnede yaratdigi obrazi yasindan asili olmayaraq illerle saxlamagi bacarmalidi.oz uzerinzde calismalisiniz mutexessis yardimi da ala bilersez

    Cavab yaz
  • Anonim
    Yeraz · 14 Sentyabr 15:0932

    Bizda 3.4 muqanni varki olara yarasir atdanmaq . ela . Ela bil takqdilar . Rahmatlik nanam demis hókumat kimi qadindilaraaaaaaaa . Butov sahnani tuturlar oxuyanda . Az yeyinda na olub ?

    Cavab yaz
  • Anonim
    Konul · 14 Sentyabr 15:1532

    Fab boyanin reklaminda klipinde atdanib dushen hoppanan sen deyildinki ay 3 ushaq anasi(o vaxt 3 ushaq var idi)Guyadaa guyaaa

    Cavab yaz
  • Anonim
    Tata · 14 Sentyabr 20:1020

    Elnare PIK dovrunde ere getdi ve seneti atdi , belke de duz etdi ama senete qayitmaqin daha yeri yoxdu , cunki senet ev arvadini sevmir

    Cavab yaz
  • Anonim
    anonim · 15 Sentyabr 15:0000

    Mugenni sehnede shou gostere biler bu normaldi . Ama Elnareye evde oturub ailesine baxmaq daha cox yarasir , ozu bu sozleriyle boynuna aldi bunu .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.