Şou-biznes

Azərbaycanlı model: “Mənə çimərlik geyimi geyinməyə icazə vermirlər” - FOTO

12 Sentyabr 2018 20:48
3 Şərh     Baxış: 4 573

Miss Globe International və Miss smile titullarının sahibi, milli musiqi layihəsi olan "Azərbaycanın səsi"nin iştirakçısı Banu Şucai bu günlərdə Dubayda keçirilən moda həftəsində model kimi iştirak edib.

Milli.Az bildirir ki, Şucai öz peşəsi və gələcək planları barədə Sputnik Azərbaycan-a müsahibəsində məlumat verib.

- Banu, məlum olduğu kimi, siz ilk dəfə münsif olaraq "Best Model of Azerbaijan" gözəllik müsabiqəsinin iştirakçısı olmağı arzulayan gənc həmkarlarınızı qiymətləndirəcəksiz. Siz müsabiqə iştirakçılarından nə gözləyirsiz?

- Bəli siz haqlısız, mən ilk dəfə olaraq aralarında xeyli sayda yeni başlayanların da olduğu gənc həmkarlarımı qiymətləndirəcəyəm. Həddindən artıq həyəcanlıyam, çünki heç vaxt heç kəsi incitmək istəməmişəm. Lakin müsabiqənin şərtləri belədir ki, həmişə ən yaxşı olan qalib gəlməlidir. Mən layihənin beynəlxalq direktoru olan dostum Aqil Məmiyevə dəvətə görə minnətdaram. O, həmçinin "Best Model of the World" beynəlxalq gözəllik müsabiqəsində və digər layihələrdə iştirakım zamanı həmişə məni dəstəkləyib.

Uzun illər model biznesində olmağımla əlaqədar olaraq, hər hansı qız podiuma çıxan kimi onun təcrübəli olub-olmadığını, ondan gələcək modelin çıxıb-çıxmayacağını ilk baxışdan müəyyən edirəm. Gənc həmkarlarla tanış olmaq və onları dəstəkləmək həmişə mənə maraqlı gəlib.

- Əvvəllər Azərbaycanda model biznesinə tələbat o qədər də geniş deyildi. Amma son zamanlar bütün qız və oğlanlar model olmağı arzulayır. Sizcə bu, nə ilə əlaqədardır?

- Mən özüm həmişə model olmaq istəmişəm. Məncə maraq onunla bağlıdır ki, bizim çox maraqlı, eyni zamanda çətin peşəmiz var. Bu peşə səni daim diqqət mərkəzində olmağa, yeni insanlarla tanışlıqlara və yeni yerləri ziyarət etməyə vadar edir. Model sənayesi çox çətindir, amma kənardan baxanlara elə gəlir ki, asandır. Onun öz qaydaları var. Model olmağı arzulayan qızlar müəyyən etməlidirlər ki, nə onlara daha yaxındır - podiuma çıxmaq, fotosessiyalarda iştirak etmək, yoxsa başqa şeylər. Misal üçün mənim kimi modellər "miss" adlanır, çünki mən bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Mən təkcə model olmağı bacarmıram, həm də aktyorluqla məşğul oluram. Bu günlərdə mənə bir kino layihəsində çəkilmək təklif olunub. Hələlik bunu açıqlaya bilmərəm.

- Azərbaycandakı gəlirlərinizdən razısınızmı?

- Düzünü desəm, mən elə şeylərə çox da fikir vermirəm, çünki yalnız müsabiqələrdə iştirak etmişəm. Bu günlərdə universitetin "Aktyorluq sənəti" fakültəsini ancaq bitirmişəm. Hələlik heç nə qazanmamışam, ona görə də gəlirlər barədə bir söz deyə bilmərəm.

- Siz həm də müğənnisiz..

- Bəli, mən "Azərbaycanın səsi" layihəsində xalq artisti Mübariz Tağıyevin komandasında çıxış etmişəm. Bu məni 2016-cı ildə "O səs Türkiyə" vokal yarışında iştiraka ruhlandırıb. Orada mənim hamim türk müğənni Hadisə olub. Bu, mənim üçün xoş və çox maraqlı təcrübə oldu. O layihə mənim inkişafıma təkan verib. Mən müğənnilik karyeramı davam etdirmək niyyətindəyəm.

- Əksər modellər onlara əxlaqsız təkliflərin edilməsindən şikayətlənirlər. Bəs sizdə vəziyyət necədir?

- Heç vaxt belə halla üzləşməmişəm. Düşünürəm ki, əgər insan öz işi ilə məşğuldursa və onu yaxşı, düzgün görürsə, ona heç vaxt elə təkliflərlərlə müraciət etmirlər. Hər şey qızlardan asılıdır.

- Banu, siz zahiri görkəminizi necə qoruyursuz?

- Mən model işləməyə təzə başlayanda daim dieta saxlayırdım. Düşünürdüm ki, bu yolla həmişə arıq qalmaq olar. Amma sonra başa düşdüm ki, əgər sən idmanla məşğul olsan, dietanın heç bir mənası yoxdur. Eyni zamanda düzgün qidalanmaq lazımdır.

- İşdə özünüzə hansısa məhdudiyyətləri qoyursuz?

- Mənim gözəllik müsabiqələrində iştirak etdiyim bütün vaxt ərzində cəmi bir dəfə - "Best Model of the World"də iştirakım zamanı çimərlik formasında podiuma çıxmalı olmuşam. Xoşbəxtlikdən bu məqamı fotoqraflar çəkməyiblər. Mən bundan çox utanardım. Həmişə çimərlik geyimində çəkilməyin əleyhinə olmuşam. Çünki mən Azərbaycanda, müsəlman ailəsində yaşayıram, atam, qardaşım var. Həmçinin özüm də xeyli utancağam. Baxmayaraq ki, mənim çimərlik formasındakı modellərə baxmaqdan xoşum gəlir. Mən həmişə onlara həsədlə baxıram. Çünki mənə bu formanı geyinməyə icazə verilmir.

- Bəs şəxsi həyatınızla bağlı vəziyyət necədir?

- Hələlik oxuyuram, işləyirəm. Başqa qızlar kimi, mənim də nə vaxtsa ailəm, uşaqlarım olacaq. Amma indi bu barədə fikirləşmirəm. Hazırda təhsilimi davam etdirmək, üstəlik hüquqşünas olmaq istəyirəm. Eyni zamanda model biznesi ilə məşğul olmağı davam etdirəcəyəm. Elə bu günlərdə Dubayda moda həftəsində iştirak etmişəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    borcal · 12 Sentyabr 21:3131

    gözel xanmd

    Cavab yaz
  • Anonim
    Musa · 12 Sentyabr 21:4911

    Sən adi halda belə geyinirsən. Qaldı hələ çimərlik geyimi.

    Cavab yaz
  • Anonim
    Robert · 12 Sentyabr 21:5440

    Geyinme geyinme necelerinin ureyi gender.Cox gozel cazibadar xanimdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.