Şou-biznes

Azərbaycanlı aparıcını avtobusda aldatdılar - FOTO

4 Sentyabr 2018 16:48
5 Şərh     Baxış: 4 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Radio aparıcısı, yazıçı, jurnalist Günel Natiqin başına iş gəlib.

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, hadisə 77 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib.

Belə ki, gediş haqqını ödəyən yazıçıya sürücü xarici ölkəyə məxsus qəpiklər qaytarıb.

Məsələ ilə bağlı sayta açıqlama verən G. Natiq deyib ki, 77 nömrəli marşrutdan enərkən sürücüyə 1 manat verib, o da gediş haqqını çıxaraq, pulun qalığını qaytarıb. O, pullara fikir vermədən onu çantasına atıb.

Köşkdən qəzet almaq istəyən yazar sürücünün verdiyi pulları çantasından çıxarıb köşkə təqdim edəndə satıcı "bu bizim pullar deyil", deyə geri qaytarıb. Günel xanım pullara baxanda onların 20 il əvvələ aid olan iki ədəd 50 qəpiklik avro sent olduğunu görüb.

G.Natiq digər sərnişinləri də ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, Günel Natiq görkəmli tərcüməçi Natiq Səfərovun qızıdır.

Milli.Az 
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.