Şou-biznes

Nahidə Orucova Elgizi və Əli Mirəliyevi tərk etdi - FOTO

21 Avqust 2018 23:41
7 Şərh     Baxış: 9 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Arb telekanalında yayımlanan "Səhər-səhər" verilişindən gedib.

Aktrisa Milli.Az əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib:

" Bəli, artıq yeni mövsümdən "Səhər-səhər" verilişində olmayacaqam. Çox gözəl kollektivlə çalışdım, gözəl insanların əhatəsində oldum. Sadəcə olaraq veriliş vaxtımı çox alırdı,  yaradıcılığıma mane olurdu", - deyə aktrisa bildirib.

Qeyd edək ki, "Səhər-səhər" verilişinə Elgiz  Əkbər, Əli Mirəliyev və Nahidə Orucova aparıcılıq edirdi.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.