Şou-biznes

40 il sonra "Qayınana"da - FOTO

21 Avqust 2018 10:40
3 Şərh     Baxış: 5 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qayınana" filmindəki İlqar obrazını yəqin xatırlayırsınız? Xalq artisti İlham Namiq Kamal 40 il sonra "Qayınana 2018" filminin çəkilişlərində iştirak edib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, o, xalq artisti Flora Kərimovanın baş rolda oynadığı filmdə elə İlqar obrazında çəkilib.

Qeyd edək ki, "Qayınana 2018" filmi "Caspian Media Group" tərəfindən ekranlaşdırılır. Film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur. 

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur. Filmdə F.Kərimova ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. "Qayınana"da epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.