Şou-biznes

"Azəri qızı" geyiminə 7500 manat xərcləyib - FOTO

17 Avqust 2018 12:20
67 Şərh     Baxış: 7 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günel Zeynalova yeni fotolarını İnstaqram səhifəsində paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin geyimi diqqət çəkib. Belə ki, Günel bahalı brendlərin kolleksiyasından istifadə edib.

Sənətçinin libası "Gucci" brendindəndir. Libasın qiyməti 3980 dollar, yəni 6766 manatdır. Hazırda bu kolleksiya satışda bitib. O, ayaqqabısı ilə paltarına 7491 manat xərcləyib.

Zeynalovanın geyindiyi idman stilli ayaqqabısı isə Alexander McQueen-dəndir. Onun qiyməti isə 375 avro - 725 manatdır.

Müğənni kəmər və çantasının da "Gucci" olduğunu bildirib, amma onları tam göstərməyib. Sözügedən brendin kəmərlərinin qiyməti 180 dollardan 1700 dollara kimidir. Burada olan çantalar da müxtəlif qiymətə satılır. Ən ucuz çanta isə 1600 dollaradır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.