Şou-biznes

Əlixan Səmədovdan şou biznes nümayəndələrinə ATMACA - FOTO

17 Avqust 2018 05:30
1 Şərh     Baxış: 2 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan məşhur azərbaycanlı balaban ifaçısı, xalq artisti Əlixan Səmədov "Bakı gecələri" verilişinin qonağı olub.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, sənətkar Türkiyədə Azərbaycan adına gördüyü işlərdən danışıb:

"Balabanla bağlı bir neçə kitabın, doqquz albomun müəllifiyəm. Hazırda bəstəkar dostumuzla balaban üçün simfoniya üzərində çalışırıq. Məqsədimiz xalqımızı, mədəniyyətimizi dünyaya tanıtmaqdır. Azərbaycandan Türkiyəyə gələn kim varsa, görüşməyə, əgər balaban ifası lazımdırsa, "baş üstə" deməyə hazıram. Çünki bu bizim təbliğatımız üçün lazımdır".

Sənətkar Azərbaycandan Türkiyəyə gedən sənətçilərin repertuar seçiminə də toxunub və onları tənqid edib:

"Əgər sən bura gəlib arabesk oxuyacaqsansa, heç cür uğur qazana bilməzsən. Çünki Türkiyənin min arabesk ifaçısı var, sən də min birinci olacaqsan. Ona görə də öz musiqini, öz mədəniyyətini təbliğ etməlisən ki, daha böyük maraq görəsən".

Ə.Səmədov  "sənətkar olmaq üçün nə etmək lazımdır" sualına şou biznesin bir çox nümayəndələrinə dərs olacaq cavab verib:

"Sadə, səmimi və dürüst olacaqsan. Mən burada necəyəmsə, evdə də, kamera sönəndən sonra da eləyəm. Əgər kimsə yolda sizi tanıyıb salam verirsə, uzaqdan başınla salamlaşmayacaqsan, özün yaxınlaşıb görüşəcəksən. Çünki biz həmin tamaşaçılara görə varıq. Mən sosial şəbəkələrdə də beləyəm. Kimsə nəsə yazırsa, balaban haqda soruşursa, dərhal cavab verirəm. Bu yaxınlarda Yaponiya universitetlərindən birinin müəllimi mənə yazdı, dərhal cavablandırdım. Dedi ki, inanmazdım belə tez cavab verərsiniz. Dedim, balabanla bağlı istənilən suala hər zaman aydınlıq gətirməyə hazıram".

Xalq artisti sonda ailədə davamçısının olub olmadığına da toxunub. Bildirib ki, övladları fərqli peşələr seçdikləri üçün nəvələrinin onun yolunu davam etdirməsinə ümid bəsləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.