Şou-biznes

"Yaydır, kürk geyinməyəcəm ki... Əlbəttə, çimərlik geyimində olacam" - Nigar Camal

15 Avqust 2018 15:38
12 Şərh     Baxış: 8 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özünü gözəl hesab etmək normal deyil. Hər zaman səndən də gözəl xanım tapılacaq. Əgər özümü ideal hesab etsəydim, üzərimdə çalışmazdım. Hər zaman çalışıram ki, nəyisə dəyişim. Bəyənmədiyim nələrsə var ki, onları dəyişirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Həmid Həmidovun "Поговорим?" rubrikasının qonağı olan "Eurovision 2011" qalibi Nigar Camal deyib.

Müğənni sosial şəbəkədə paylaşdığı çimərlik geyimindəki fotolarından danışıb: 

"Səhnə adamıyam, bunlar normaldır. Son günlər açıq geyimlərimə gəldikdə isə... Yaydır, istirahətdəyəm, kürk geyinməyəcəm ki... Əlbəttə, çimərlik geyimində olacam".

Nigar yerli ifaçılara qulaq asmadığını etiraf edib:

"Ancaq ad günlərində olanda qulaq asıram. Beş il bundan əvvəl mahnılarımız daha müasir idi. İndi isə yox... Şou-biznes çox primitiv olub. İnsanları neqativlər maraqlandırır. Yaxşı mahnı çətindir.  İki ildir yeni mahnı oxumuram, çünki yaxşı bəstə tapmaq çətindir. Çox mahnı göndərirlər, amma bəyənmirəm".

Müğənni ikinci dəfə ailə qurmaq istədiyini gizlətməyib:

"Təkliflər gəlib, gəlir də. İkinci dəfə ailə qurmağı düşünmüşəm, düşünürəm də. Amma hələ ki, həyat yoldaşım olacağını düşündüyüm kişiylə qarşılaşmamışam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.