Şou-biznes

Ramalın cavabı gecikmədi: Hamıya it hürəndə, mənə də çaqqallar ulayar...

11 Avqust 2018 12:37
16 Şərh     Baxış: 3 042

"Bir el misalı var: "Hamıya it hürəndə, mənə də çaqqallar ulayar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ramal İsrafilov ötən gün onu döyməklə hədələyən Niyam Səlami haqda deyib. Həmkarını tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib:

"Mənim insanlığıma, sənətimə, xasiyyətimə qiymət verəcək ən son adam sənsən. Hələ ki, efirdən dərs keçəcək statusda deyilsən. Efir mədəniyyətini də səndən öyrənəcək adam deyiləm. Nəyə ixtiyarım, haqqım çatır, buna sən yox, mən qərar verirəm. Öncə haqqı öyrən, sonra kimin haqlı olduğunu öyrənərsən".

İfaçı Niyama aşbaz deməklə onu təhqir etmədiyini bildirib:

"Efirdən birinə aşbaz demək təhqir yox, hərəni öz adı və peşəsi ilə çağırmaqdır. Müsahibəmdə dediklərimi təhqir hesab edirsənsə, buyur, ver məhkəməyə, amma efirdən təhdid eləmə. Unutma ki, efirdən deyilən hər bir təhdid cinayət işinin başlanması üçün sübutdur".
 
Ramal Niyama mahnı verməsi məsələsinə də toxunub:

"Deyirsən ki, sənə mahnı vermişəm. Bəli, "Sənə haram əllər dəymiş" adlı mahnıdır. Elə o mahnı da sənə haram olsun. Sənə mahnını hədiyyə etmişəm, pulla satmamışam. Mahnı hədiyyə edən bəstəkarmı müğəniyə hörmət etməlidir, yoxsa, hədiyyə alan sənin kimi oxuyançılarmı pulsuz mahnı aldığı bəstəkara? Mədəniyyəti və tərbiyəsi olan kəs, əlbəttə ki, hədiyyə verən bəstəkara dəyər verməlidir. Yoxsa sənin kimi çıxıb efirdə şəklimi yerə tullayıb, səviyyəsiz müsahibəyə yol açacaq ifadələr işlətməzdi. Amma səni də qınamıram. Hər kəs öz səviyyəsinə görə danışa bilir, nə az, nə də çox".
 
Səlaminin "Ramal ağzına gələni danışır" sözlərinə isə sənətçi belə reaksiya verib:

"Səndən fərqli olaraq, mən ağzıma gələni yox, ağlıma gələni danışıram. Bunu anlamaq üçün də gərək səndə ağıl ola. Bu gedişlə, çətin ki, dediklərimdən baş açasan. Mövlanənin gözəl sözü var: "Bir cümlə yetər sözdən anlayana, dastan yazsan təsir etməz sözdən anlamayana". Çox şükür, kiminsə qarşısında üz-üzə gələndə utanılacaq işim yoxdur. Nə işim varsa, səninkindən azdır ki, çox deyil. Hələ ki, sən o adam deyilsən üzünə baxmağa üzüm olmaya. Bəli, səndən fərqli olaraq, mən sadəcə mahnı ifa etmirəm, bəstəkaram, yemək bişirməyi də bilirəm, lazım olanda özüm öz stilistliyimi də edirəm. İndi sənin istedadsız olmağının günahkarı mənəm? Get, buynuzunu başqasının çomağına sürt. Cahil insan davul kimidir, səsi çox çıxır, amma içi boşdur. Boş adamlara deyəcək sözüm bu qədər".

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Afa · 11 Avqust 13:4743

    Ramal medeniyyetden danisma xüsusilede Emir medeniyyetinden. Sen coxxxx özünden razisan ve eifrige medeniyyetindeki sifir. Sizler mügennicikler Elfriede oturma terzinizden bellidi medeniyyetiniz. Korifey senetkarlara baxin danisig ve oturus terzinize fikir versin.

    Cavab yaz
  • Anonim
    Kainat · 11 Avqust 14:1954

    Kimese etika,medeniyyetden ders kececek insanlar arasinda neinki sonuncu adam sensen,hetta senin adin o siyahida hec yoxdur. Bestekaram deyib sinene az doy,cunki bu cehetden de sen sifir noqtesindesen. Oxumaga geldikde, o barede Niyam senden 1-2 baw yuxaridadir. Ozunden az muwtebehlik ele. Xala-bibinizin hesabina guruldayirsiz,ele bilirsiniz oz sesinizdir.

    Cavab yaz
    • Anonim
      Ayan · 11 Avqust 14:5613

      Hegigeten Niyamin des tempiri cox yaxsidi ve Ramaldan daha yaxsi oxuyur. Sense Bibi ve xalalarinin sayesinde guruldadin. Cox lovgalanma agacbar getirdikce basini asagi salar. Oki galdi bestakarligina odaki belede zövdsüzler ücün yaxsidi

      Cavab yaz
      • Anonim
        Leyla (yeraz) · 11 Avqust 16:1042

        Ramalı bəyənirəm. Düşünürəm ki onun sənətdən, oxumaqdan danışmağa ixtiyarı var. Xalq artisti Mələkxanım Eyyubova onun bibisidi, səhv etmirəmsə. Ondan ilhamlanıb, onun dəsti xəttini keçib. Bəli, Ramalı həvəskar bəstəkar kimi qəbul etmək olar. Ona aid bəstəni, bir neçə il öncə türk müğənni Alişan ifa etmişdi. Hətta türk kanallarının birində efirdən Ramalı tərif etmişdi. Silsilə bir sıra hit mahnıların bəstəkarı olub Ramal. Bir çox şou biznesdəkilər onun bəstələrindən yararlanıb. Ramal bu sənətin məktəbini görüb, məktəbini bitirib.

        Cavab yaz
        • Anonim
          IMF · 11 Avqust 17:2600

          Prosta deyilene gore biraz tenbeldi

          Cavab yaz
          • Anonim
            Leyla (yeraz) · 11 Avqust 17:5532

            Yaxşı bəstəkarlar (həvəskar olsa da) həmişə tənbəl olub onsuzda.) Böyük dərd, problem deyil. Qorxusu yoxdu yəni.) İldə bir mahnı bəstələsin, amma keyfiyyətli olsun. Necə ki keyfiyyətli mahnıları var. Ramal kəmiyyətə, bəsitliyə qaçan olmayıb heç vaxt.

            Cavab yaz
  • Anonim
    S · 11 Avqust 15:3010

    Niyamin deRamalında sesi Cox xośuma ğelir

    Cavab yaz
    • Anonim
      Kainat · 11 Avqust 23:0200

      Oxuduqlarini da baw-ayaq oxuyub,bawa duwduyun kimi yozma.

      Cavab yaz
      • Anonim
        Kainat · 11 Avqust 23:0900

        Werhin yeri sehv duwub. 22:33e unvanlanib.

        Cavab yaz
  • Anonim
    Kainat · 11 Avqust 21:1932

    Wexsen men Elekber Tagiyev,Behram Nesibov ve bu kimi heveskar bestekarlar sirasinda Ramal kimisini gormurem,hec qebul etmirem. Sadaladigim bestekarlari heveskar adlandirilsalar da(Allah her 1ine rehmet elesin), professional bestekarlardan hec de geri qalmirdilar,mahnilari bu gun de diller ezberidir. Ramal kimiler ise indiki mugennicikler ucun bestekar hesab olunar,cunki ciqqidi-cikkididan o yana hec ne ifa ede bilmirler. Onu sevenlere mahnilarini soruwsam,adini bele ceke bilmeyecekler,YouTube u elek-velek elemeden.

    Cavab yaz
    • Anonim
      Leyla (yeraz) · 11 Avqust 22:3300

      Aqressiya) Birincisi,burda heç kim nə B. Nəsibov,nə də Ə. Tağıyevin adını çəkib,Ramal ilə eyni səviyyədə müqayisə etməyib! Bu ucuz müqayisəni layiq bilmərəm o dahi iki şəxsiyyətə. Ancaq sən özün layiq bildin. B. Nəsibov haqqında geniş məlumatım olmasa da,Ə. Tağıyevi,dövrünün sənət adamları peşəkar biri kimi qəbul edib. O şəxsiyyətləri indiki həvəskar bəstəçi insanlarla eyniləşdirib, cılızlaşdırmayın! Ə. Tağıyevin manılarının çoxunu Z. Xanlarova oxuyub. Onun şedevr əsərləri var ki, hal hazırda da müğənnilərin əksəriyəti hərdən bir oxuyur. Hətta türklədən də ifa edənlər var bir mahnısını. Nə isəəə. Burda heç kimin ağzını dilini bağlıya bilmərsiniz! Mən Niyamla müqayisədə Ramalı daha üstün bildim. Və yuxarıda da yazdım nəyə görə. Ramal məktəb görüb. Elə belədən yerin altından çıxıb, gəlməyib sənətə.) Hər kim onun mahnılarını oxuyur, oxumur özləri bilər. Şəxsən sən nə fikirdəsən bunun publikaya bir o qədər önəmi yoxdur məncə. Fikrini qeyd etməkdə azadsan,ancaq sətir altı atmaca atmamaq şərti ilə.!

      Cavab yaz
    • Anonim
      Kainat · 11 Avqust 22:5800

      Evvela,sen deye muraciet ede bilecek munasibetde deyilik. 2cisi,werhi aqressiv gorenin onune kecib,onu bawqa calarda gormesini teleb eden deyilem,oz fikrimi gucle kimseye qebul etdirmek fikrinden de uzagam.Sonra da ki, hec senin de fikilerin quran ayesi deyil ki,publika duwuncesini onun uzerinde formalawdirsin.

      Cavab yaz
      • Anonim
        Leyla (yeraz) · 11 Avqust 23:1900

        Kimə əsəbisən kimə aqressiyan tutub bu gün bilmirəm. Hirsini aqresiyyanı məndən çıxma. Özün gəlib burda mənim şərhimi qurcalamağa çalışmısan və atmaca atmısan. Mənim heç yadıma gəlmir sənin şərhinə nə vaxtsa münasibət bildirim. Heç lazım bilmirəm doğrusu.) İrad bildirmək olar, niyə də yox. Mən "toxunulmaz" deyiləm. Amma bunu vulkan püskürürcəsinə +-də sanki içində mənə qarşı kin küdurət olarcasına qeyd etmək sənə yaraşmadı. Halbuki, normal şəkildə əgər şərhim xoşuna gəlmirdisə səhvimi düzümü qeyd edə bilərdin. Mən fikirlərimi ətağfrullah Quran ayəsi kimi heç kimə sırımıram, formalaşdırmağa da çalışmıram. Belə bir məqsədim amalım yoxdur) Nə də ki imenno publika üçün yazıb like toplamıram. Belə şeylərdən uzağam. İstənilən mövzuya yazıram öz düşüncəmi və çıxıram. Bir də yadıma düşəndə gəlirəm baxıram kim nə yazıb kim nə yazmayıb. Belə. )

        Cavab yaz
        • Anonim
          Kainat · 11 Avqust 23:3600

          Beli,sonuncu werhimde aqressiyami,esebmi ne adlandirirsansa, var. Sebebini oz werhini tehlil etsen,anlayarsan. Yox,ozune yene de haqq qazandiracaqsansa,onda halal xowun olsun.

          Cavab yaz
      • Anonim
        Leyla (yeraz) · 11 Avqust 23:3100

        Əzizim, mən uşaq deyiləm.) Yetkin insanam. Və bilirəm ki yazdıqlarında nəyə və kimə eyham vurursan. Burda yozan mən yox, sən oldun) Yəni lazım deyil sətir altı coşub daşmaq. Adımı çəkib normal irad bildirməkdə azadsan. Yuxarıda dediyim kimi "toxunulmazlıq" statusum yoxdur hələ ki...)

        Cavab yaz
      • Anonim
        Leyla (yeraz) · 12 Avqust 00:0200

        Baxın xanım. Yazdıqlarımda özümə haqq qaxandırmıram əsla. Həqiqəti yazıram sadəcə.. Mən adlarını çəkdiyin o şəxsiyyətlərlə eyni tutmadım müqayisə etmədim. Əgər eyni səviyyədə tutsaydım onda hə, haqlı olardın, mənə aqressiv olsan da səhvimi başa düşəcəkdim. Amma mən elə ağılsız yanaşmaram axı, hər iki bəstəkara qarşı. Mənim anam Z. Xanlarovanı dəhşət sevir. Həm səsini həm mahnılarını. Bizim evdə o vaxt yadıma gəlir Zeynəb xanımın iki üç kasetləri vardı. Mən uşaq idim, anam dinləyirdi o mahnıları. Hamısı da Ə. Tağıyevin mahnıları idi. Mənim müqayisəm Ramal ilə Niyam arasında olub. Seçimim də Ramal üzərində dayanıb. Həqiqətən bu adam yerdən çıxmayıb. Təhsili var, məktəb görüb. Not tanıyır. İndi not tanımayıb, özünü bəstəkar adlandıranlara baxanda, Ramal səviyyəli hesab oluna bilər

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.