Şou-biznes

"Aygün axırıncı əməliyyatını, Nadir dodağındakı süni geli gizlədib..." - Məşhurlar ifşa olundu

10 Avqust 2018 13:54
4 Şərh     Baxış: 4 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər TV"də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişində məşhurların uğurlu və uğursuz əməliyyatları müzakirə olunub. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirmək üçün jurnalist Əfruzə Ağayeva telefon bağlantısına qoşulub. 

Jurnalist əməliyyatını mediadan, tamaşaçılardan gizli saxlayan məşhurların adlarını açıqlayıb: 

"Bilirəm ki, Məleykə Əsədova əməliyyat olunmuşdu, amma gizlədirdi. Aygün Kazımova da axırıncı əməliyyatını mediadan gizli saxlamışdı, amma bizə bu haqda xəstəxanadan məlumat gəlmişdi. Nadir Qafarzadənin dodağında süni gel var idi, çıxardıb. Əslində, normal bir şeylərdir, niyə gizlədirlər axı. Rəhim Rəhimli burnundan, Samir Bağırov dəfələrlə üzündən və bədənindən əməliyyatlar keçirib. "Elit star" Cəmilənin, Amaliya Pənahovanın və Ruhəngiz Allahverdiyevanın əməliyyatları isə uğursuzdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.