Şou-biznes

Röya Muxtarın mahnısından imtina etdi - Qalmaqaldan sonra

10 Avqust 2018 12:51
4 Şərh     Baxış: 3 319

Əməkdar artist Röya Ayxan Muxtar Abseynovdan aldığı mahnıdan imtina edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb bəstəkarın Röyanın "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırması olub. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun "İ have nothing" mahnısını paylaşaraq Röyaya söz atıb. Paylaşıma Abseynov da şərh yazaraq, onun sözlərini təsdiqləyib. R.Ayxan isə ona "Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə" sözlərini yazıb.

E.Xəlilova isə bu gün İnstaqram hesabında paylaşım edərək bunları yazıb:

"Həftənin birinci günü Muxtarla olan yazışmamızdan... İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. İlk tələbəm atdı mənə linki "Youtube"dan ki, Elnarə xanım, bilmirsiz bu mahnı nə vaxt çıxacaq? Mən də bəstəkarından soruşdum. Özünün nömrəsi 10 ildir məndə olmadığı üçün... Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm".

Milli.Az 

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    mmm · 10 Avqust 13:0351

    birsey basa dusdumse,...! royani bildim. elnare ne demek isteyib onu tapammadim

    Cavab yaz
  • Anonim
    Meloman · 10 Avqust 13:0532

    Sirke ne qeder tund olsa vurub oz qabini catladar. Bu kin kuduretle hara gedirsen Roya ?

    Cavab yaz
  • Anonim
    !!!! · 10 Avqust 13:0531

    Mən başa düşmədim. Siz yazırsız imtina edib, amma röya da, mahnının bəstəkarı da, hətta Elnarə də deyir oxunacaq. Nə məsələdir? Elnarəyə də halal olsun hər bir mənada))))

    Cavab yaz
  • Anonim
    MiruMir · 11 Avqust 00:0300

    Maraqli geldi, dinledim mahnini. "İ have nothing" mahnisiyla yaxindan uzaqdan elaqesi yoxdur. Zerre qeder oxwamir. Bu mahnilari Elnare nece oxwadib anlamiram. Gozel mahnidir. Royada da ugurlu alinib. Roya bu mahnidan imtina etse sehvlik eder ...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.