Şou-biznes

"Get işinlə məşğul ol" - Canlı efirdə gərginlik

9 Avqust 2018 14:52
22 Şərh     Baxış: 4 785

"Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində "Ay yay yay" serialının baş rol ifaçıları qonaq olub. 

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib. 

Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır. 

Bu səbəbdən Tolik verilişin redaktorundan xahiş edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu canlı efirə bağlasınlar. 

Bir neçə dəqiqədən sonra Tolikə məlumat verilib ki, idarə ilə əlaqə saxlanılıb və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu əvəz edən Rasim Abdullayev onlara "gedin işinizlə məşğul olun" deyib. 

Tolik isə cavabında bunları deyib:

"Əslində, bu bizim işimizdir. Mən gündəlik olaraq, 2 saat canlı efir aparıram və insanları maarifləndirirəm. Bəli, biz işimizlə məşğul oluruq, siz bunu görməmisiniz, bu da sizin işinizdir. Rasim müəllim, ola bilər ki, səhərdir, yuxudan gec durmusunuz, amma sizin heç bir səlahiyyətiniz, ixtiyarınız yoxdur ki, hər hansısa bir vətəndaş sizin nömrənizi tapıb zəng vurursa, ona "get işinlə məşğul ol" deyəsən. Bir vətəndaş olaraq, biz bu cəmiyyəti qorumalıyıq, millətin hər bir problemini həll etməyə çalışmalıyıq və dövlətimizə bunda kömək etməliyik". 

Milli.Az 

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 9 Avqust 14:54150

    Tarix sendeki girmediyin kol yoxdu.Her şeye burnunu soxursan!!

    Cavab yaz
  • Anonim
    el · 9 Avqust 15:04190

    duz deyıb halal dı . Tolık polıs memurudur ? devlet yol polısıne ısını oyretmek lazım deyıl , boş şeylere gorede narahat edıb bu kemer taxtı o taxmadı demek menasızdı , sen ısgal olunmus torpaglara get oradan canlı yayımla verlıs apar , yoxsa yoldan kecene ılıs yoldan kecene soz at bırı susar ıkısı susar sonra bırı cıxıb susturar .

    Cavab yaz
  • Anonim
    King · 9 Avqust 15:14140

    Allah hec kiimi pert elemesin.hahhaah...Vaqif esedova hormetim artdi.

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 9 Avqust 16:0630

      Rasim Abdullayev deyib king:)

      Cavab yaz
      • Anonim
        King · 9 Avqust 17:2600

        Vaqif esedova baglaniblar.

        Cavab yaz
  • Anonim
    FATIME · 9 Avqust 15:22120

    Men bu insandan duuuuuuuuuuuu...Sovet dovrunu beyenmirdiler amma o dovrde her kesi ekrana cixartmirdilar. Suzgecden kece kece gelirdiler Ne varsa kohne nesilde var. Bu Tolik kimi kimliyi belli olmayanlar cemiyyetimizi sikest durumuna saldi. Ne danisiqi ne medeniyyeti, ne de savadi var. Tek bildiyi ona buna soz atmaq. Menim Vaqif Esedova simpatiyam vardi, daha da artdi. Kisi bilirde kiminle nece danismaq lazimdi. Milli az xahis serhimi verin. Ureyim doludu eee amma vermeyeceksiniz deye ozume eziyyet verib yazmaq istemirem.

    Cavab yaz
    • Anonim
      Ayaz · 9 Avqust 15:4160

      Gozel dedin . Vaqif muellime sevgi hormetim lap artdi . Tolik savadsiz adamdi , onu efire nahaq buraxir Xezer tv

      Cavab yaz
    • Anonim
      nurka · 9 Avqust 17:3610

      Goreydim bizim burda yazdiqlarimizi meshurlar oxuyur hec?...

      Cavab yaz
  • Anonim
    Lll · 9 Avqust 15:31100

    Duz deyibde.Sizin bos bos sohbetleriniz ucun vqxti yoxuye camaatin.Paaah cemiyyeti mariflendirene baxe bismis toyugun gulmeyi geler

    Cavab yaz
  • Anonim
    Ayaz · 9 Avqust 15:3860

    Tarix duz deyir de kiwi . Seni saymir hec kim , birce muqenniler seni sayirlar ama cemiyyet yox

    Cavab yaz
  • Anonim
    Adem · 9 Avqust 15:39100

    Gor ne gune qalmishiq ki bizi tolikler maariflendiri

    Cavab yaz
  • Anonim
    Ay · 9 Avqust 16:21100

    Bilmedim ağlayim, yoxsa gülüm tolik bizi maariflendirir

    Cavab yaz
    • Anonim
      Azerin · 9 Avqust 17:5440

      Tolik getsin hele Azerbaycan dilinde danıshmagı oyrensin. Herden tesadufen olur eshidirem danıshıgın, bu uje sozun meyer Azerbaycan dilinde yoxmu!? ARTIG yani dogma dilimizde,uje camaat, Rus sozudur. Ana dilinizi sevin, dogma dilin Azerbaycanada beyenmiyenler coxdur

      Cavab yaz
  • Anonim
    Robert · 9 Avqust 17:1050

    Senin ozunu mariflendiren lazimdir.Iki gun bundan qabaq tesadufi bunun verliwine baxdim verliwin qonaqi deyir menim musevi dostlarim var Tolikde deyirki xahiw edirem Wiye,Sunni sohbeti etmeyek.Men bawa duwmurem by qeder savadi olmayan birisi nece hansi agilinnan mariflendire biler.Eksine savadsizliqi elmsizliyi yayir teblig edir.

    Cavab yaz
    • Anonim
      Leyla (yeraz) · 9 Avqust 17:4032

      Ümumiyyətlə, polisin (güc strukturlarında çalışanların) işindən "şou" düzəltmək lazım deyil. Onunçun deyib, "get işinlə məşğul ol".))))) Çünki onların məsləyinə yad olan yanaşmadı. Analitik tipli, sosial verliş olsaydı, o sözü deməzdi. ))))

      Cavab yaz
  • Anonim
    ziyali · 9 Avqust 17:3250

    Vallah o polis sebrli adamdir.Tolike "get ishinle meshgul ol"-un daha kobud formasinin demek lazim idi ki belke ozune yigilsin.

    Cavab yaz
    • Anonim
      Abidin · 9 Avqust 21:4600

      Duz dedin

      Cavab yaz
  • Anonim
    nino · 9 Avqust 19:1720

    Tarix bəy agilli olub?...

    Cavab yaz
    • Anonim
      Abidin · 9 Avqust 21:4600

      Guya daaa

      Cavab yaz
  • Anonim
    Tolikə · 9 Avqust 20:0210

    Yeri get öz olmayan işinlə məşğul ol

    Cavab yaz
  • Anonim
    Allahın qulu · 9 Avqust 21:2010

    İşverən... Başqa adı yoxdu

    Cavab yaz
  • Anonim
    Abidin · 9 Avqust 21:4200

    Xowum gelmir bu kiwiden

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.