Şou-biznes

"Toppuş bacı" xəstəliyindən danışdı "Hamilə idim..."

8 Avqust 2018 14:34
12 Şərh     Baxış: 7 055

"Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı".

Milli.Az xəbər veriri ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.

Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb:

"Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı".

T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib:

"Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam. 

Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam".

Milli.Az 

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Vsn · 8 Avqust 14:44121

    Allah komey olsun. Hemiwe ailesi.ile birlikde.olsun. Amin

    Cavab yaz
  • Anonim
    Nurka · 8 Avqust 14:4991

    ALLAH komeyi olsun. Yaxsi olar insALLAH

    Cavab yaz
  • Anonim
    ....................................... · 8 Avqust 14:5562

    Fikir-zikri elə xınadadı elə, canuva fikir ver dəə..................………….............

    Cavab yaz
    • Anonim
      Sevinç · 8 Avqust 16:3721

      )))) cox guldum. duz deyirsiz bir fikirlesmirki evvelce saglamligim sonra isim neise Allah sefa versin

      Cavab yaz
  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 8 Avqust 15:1741

    Allah Sefa versin.. İnşallah her bir şey ureyince olar.

    Cavab yaz
    • Anonim
      suzan · 8 Avqust 15:4721

      əsas sağlamlıqdı. sonra o birilər.allah köməyin olsun.

      Cavab yaz
      • Anonim
        Afa · 8 Avqust 15:5611

        Allah sefanizi versin

        Cavab yaz
        • Anonim
          AYLIN1 · 8 Avqust 17:1620

          Allah komek Olsun

          Cavab yaz
  • Anonim
    Hemide xanim · 8 Avqust 18:5211

    Allah komeyin olsun Amin Amin

    Cavab yaz
  • Anonim
    Xana · 8 Avqust 19:3713

    Eeeeeee bu nedi

    Cavab yaz
  • Anonim
    Parazit serhcilere · 8 Avqust 21:4901

    Yene baslayacaqlar yaltaq yaltaq yazmaqa

    Cavab yaz
  • Anonim
    Yaqa · 8 Avqust 22:5310

    Allahi ozu komek olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.