Şou-biznes

Elnarədən Röyaya sərt sözlər "Sən konsert verirsən, mən uşaq doğuram"

8 Avqust 2018 14:22
46 Şərh     Baxış: 9 441

Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Xəlilova  Uitni Hyustonun "I have nothing" mahnısını İnstaqramında paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını Röyanın "Mənə sevgindən bəhs et"inə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb. Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib. Röya isə Elnarənin həmin paylaşımını paylaşaraq onu tənqid edib. 

Xəlilovanın qarşı tərəfə cavabı gecikməyib. O, paylaşım edərək Röyanın ünvanına sərt sözlər deyib:

"İcazə verirsən bu videonu paylaşım? (Fatihə surəsini paylaşıb - red.) Yoxsa bunu da özünə götürəcəksən? Bütöv bir verilişi ("Hər şey daxil" verilişini nəzərdə tutur -red.) mənə həsr etdiyinizə görə demək ki, haqlıyam. Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə "çox sağ ol" demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da. Mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get onu düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey ulduzların ulduzu... Ey starların starı. Ey əməkdarların əməkdarı. 

Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan, heç sənə kömək eləməzdim. Bir düz-əməlli adam yox idi çıxarasız ora? Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.
 
Hələ o jurnalist etiraf edir öz diliylə ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz... Sən də klip çəkdirirsən, mən də... Sən də Türkiyədə iş gördürürsən, mən də... Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki... Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir".

Elnarə Röyanın "Unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür..." sözlərinə belə cavab verib:

"Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən. İndi "modnu" olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm. 

Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin. 

Allahıma çox şükür, nəyim yoxdu sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. Birdən elə bilərsən sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər".

Milli.Az 

loading...

Şərh yaz:

46 Şərh:

  • Anonim
    Rena220 · 8 Avqust 14:27360

    Verende Alanda Allahdir.erle ovladla varla dovletle oyunmeyin....

    Cavab yaz
  • Anonim
    Aysel · 8 Avqust 14:322140

    Elnare get evde usaqlarina bax. sen hara Roya hara

    Cavab yaz
  • Anonim
    Melodi · 8 Avqust 14:345310

    Elnare sozun duzunu deyir sadece Roya cox yekelenib )

    Cavab yaz
  • Anonim
    Xana · 8 Avqust 14:351131

    Elnarenu Röya yaman yandirib Paxil olma

    Cavab yaz
  • Anonim
    Aysel · 8 Avqust 14:411013

    Bazarnaya baba.

    Cavab yaz
  • Anonim
    zizi · 8 Avqust 14:42337

    ela cavab verib

    Cavab yaz
  • Anonim
    orxideya · 8 Avqust 14:452922

    Müğənni sənəti ilə öyünər, ərə gedib uşaq dünyaya gətirməyi ilə öyünməz. Elnarə zamaninda öz imici, janri ilə populyar olmuşdu. İndi ya yenidən başlasin, ya da gedib ailə həyatindan zövq alsin.

    Cavab yaz
  • Anonim
    @@@ · 8 Avqust 14:502225

    Elnarə, uşaq doğmaqla fəxr etmə. Somali, əfqan qadınları da səhər axsam uşaq doğub tökürlər. Deyir insan var əsil artırar, insan var nəsil artırar. Sənin o somali qadınlarından fərqin yoxdur. Rəna adlı userin sözünə qüvvət. Ailəylə, uşaqla öyünmələzlər. Bir qəza olur bütöv ailə yox olur. Verən də alan da Allahdır. Allah bütün ailələri qorusun. Nə Elnarənin fanatı deyiləm nə də Röyanın. Ama sərsəm söhbətlərinə sakit baxmaq olmur.

    Cavab yaz
    • Anonim
      zizi · 8 Avqust 15:07136

      ayib olsun

      Cavab yaz
      • Anonim
        @@@ · 8 Avqust 17:0911

        Ziziy xanım, mümkünsə məndən uzaq dur. Görürəm ayıb iş tutub səni yaman utandırdım.

        Cavab yaz
    • Anonim
      Emil · 8 Avqust 15:40190

      Ona qalsa gerek hec ne ile oyunmeyesen cunki hecne daimi deyil

      Cavab yaz
      • Anonim
        @@@ · 8 Avqust 17:0761

        Emil bəy, əbədi olan insanlığımız, bacarığımız, namusumuz, xeyirxahlığımız və bütün yüksək insani keyfiyyətlərimizdi ki əbədidilər. Biz həmin keyfiyyətlərlə fəxr etməliyik ki axirətdə də o keyfiyyətlərə görə öz mükafatımızı alacağıq. Ancaq var dövlət, ev, uşaqı Allah verir və alır. Fikrim çatdı sizə? Kimsə doğduğu uşağın sayıyla yox,uşağın tərbiyəsi, gələcəyi və tutduğu mövqeylə fəxr etməlidir.

        Cavab yaz
  • Anonim
    Nurka · 8 Avqust 14:5343

    Sebrim catmadiyee axira kimi oxumaga...off

    Cavab yaz
  • Anonim
    Adama doğmaq qalacaq · 8 Avqust 14:58238

    Sən doğmaqda ol

    Cavab yaz
  • Anonim
    Kama · 8 Avqust 15:142412

    En gozel cumleeeee. Omru boyu menim paltarlarimi geymisen.....indi modnu olmusan.? Qonsunun corek qurusu ile boyuyen Roya...sen hec vaxt danisma... Aygun demis....SUS!

    Cavab yaz
    • Anonim
      Gunel · 8 Avqust 16:3787

      Duppe duz SUS royale

      Cavab yaz
    • Anonim
      aea · 9 Avqust 13:5302

      Köhnə geyinsə də, qonşu çörəyi yesə də nailiyyətləri yüksəkdir.... Kiminsə köhnəsini geyinmək utanc deyil... Elədiyini başa vurmaq olmaz.... Əl vermək Əlidən qalıb... Bu gün dövlətli olan sabah iflasa uğrayır, bu gün kasıb olan öz fərasəti ilə nazir olur....

      Cavab yaz
  • Anonim
    kate · 8 Avqust 15:14114

    Bazar arvadidirlar elə bil.

    Cavab yaz
  • Anonim
    asi · 8 Avqust 15:24183

    Elə bil Söylüynən Seda dalışır))..

    Cavab yaz
    • Anonim
      suzan · 8 Avqust 15:43158

      Elnarə xanım ayıb olsun sizə. Bir ali təhsilli, cəmiyyətdə tanınan müğənni Azəri xanımına bu sözlər yaraşmır. Heç vaxt mənəm mənəm etmiyin.Heç kim bilməz başına gələni.Bəxti yazan Allahdı..Bu sözləri üz üzə deyərdiniz.Daha millətin qarşısında yox.Utanım yerinizə.

      Cavab yaz
      • Anonim
        MiruMir · 8 Avqust 16:15123

        İlk Roya başladi Elnarenin bawina vurmaga. Elnare de cavabini verdi. Utanmaga qaldiqda 2si de utanmalidi ...

        Cavab yaz
  • Anonim
    Pianocu · 8 Avqust 15:362110

    Elnarenin musiqi savadli olduguna gore repertuari da keyfiyyetli mahnilarla zengindi. Royanin ise butun mahnilari monoton hemde bir-birine oxsardi. 2 mahnisina dalbadal qulaq asmaq olmur. Cox darixdirici gelir adama. Amma senet sahesinde zehmetkesdi, Elnare kimi tenbel deyil. Umumlikde goturende Elnare daha ustun mugennidi.

    Cavab yaz
  • Anonim
    AYSEL · 8 Avqust 15:4705

    buAYSEL.KIMDI MEN BIRICI YAZMIWAM ASYSEL ADINA OZUNE AD TAP NEDE BAWQA UWARE QOY YANINA

    Cavab yaz
  • Anonim
    MiruMir · 8 Avqust 16:1380

    Semickami aldim geldim tez))) Onlar savasa, biz tamaşa ))) Zarafat bir yana bir-birine bacim deye deye butun paxirlarini acdilar. Seni cox sevirem deye deye iynelediler. Heyf kesilen o corekden, heyf o baci sozunden ...

    Cavab yaz
  • Anonim
    Gunel · 8 Avqust 16:3375

    Oooooo ela dedim Elnare , yandirdin Royani . Teze ozumaqa gelende icivizde EN zovqsuz Roya idi , guya indiki geyimleri ne gundedir ama ona baha satirlarki BREND maldi guya daaa

    Cavab yaz
  • Anonim
    Gunel · 8 Avqust 16:3475

    Royanin dovrani getdi , ne oxuyurki 5 ildir daha sevgimiz ôldu

    Cavab yaz
  • Anonim
    Aysel aysele · 8 Avqust 16:3851

    Bagisda daaa,valideyinlerim adimi qoymaq erefesinde ne qeder etdiler senin dedeni tapa bilmediler ki,icazesini alsinlar adinin.Allah agil versin, agillllllll.

    Cavab yaz
    • Anonim
      Ayselin qonşusu · 8 Avqust 21:1800

      Mənim qonşumun da atasından icazə almalıydın)

      Cavab yaz
  • Anonim
    Elza · 8 Avqust 16:4073

    Bir sozle Royanin dovru 3-4 ildirki gedibeeee , yaxwi yol Royele ssne , daha maraq yoxdu mahnilariva

    Cavab yaz
    • Anonim
      Minuli · 8 Avqust 16:5530

      Butun mugennilerin dovrani gede biler.Royanin bu yaxinlarda turkce oxudugu mahni gesheng alinib Elnare meselen son zamanlar ana olandan sonra yani ne oxuyub bilmirem...eshii az dava edin vse

      Cavab yaz
  • Anonim
    Sevinç · 8 Avqust 16:5550

    her sozu deyir sonrada deyirki seni cevirem,cox inandiricidi

    Cavab yaz
  • Anonim
    Arzumm · 8 Avqust 17:5550

    Aman Allah gülünclüyün derecesine baxin olub olubda bu işler etmisen kömek ay Elnare aferin amma üze vurmagin yeri yoxdu bir söz var ki sağ elin verdiyin sol el bilmemelidi etmisen kömek insAllah balalarinin qabağina çixar savabı

    Cavab yaz
    • Anonim
      Leyla (yeraz) · 8 Avqust 18:1962

      Yazıq Üzeyir. Bu adamdan nə istəyirlər, baş açmıram. Hər yoldan ötən daş atır ona. Üzeyir çox tərbiyəli, mədəni, özünə hörmət edən insandı. Açığı heç bir mahnısını tanımıram dinləmirəm vAllah. Amma kənardan hər şeyə nəzər yetirən bir insan kimi deyim ki, kimsənin üzərinə bu qədər basqı edib, küçümsəməzlər!! Biraz anlayışlı olun. Üzeyir erməni deyil, kənar millətdən deyil. Öz millətimizin bir nümayəndəsidi də. Bu qədər küçümsəmək nəyə lazım? Bir iki dəfə efirdə, bir də maşın şouda görmüşəm necə qabiliyyətli, mərifətli oğlandı. Hər nə oxuyursa, özü bilər. Onun da sevənləri və publikası var. İnsanların maraq dairəsini bloklaya bilmərsiniz!!! Sözün varsa Röyaya, Üzeyiri digər birini niyə qatırsan? Bu söhbət ikinizin arasındadı. Üzeyir və digəri sənin adını çəkmir, bir şey etmir. Onları niyə narahat edirsən ki?

      Cavab yaz
    • Anonim
      MiruMir · 8 Avqust 18:4141

      İlk Roya başina vurdu . Tehsilin zamani ALLAH meni sene yetisdirdi dedi. Elnare de cavab olaraq yazib. Ele 2sine de ayib olsun. Sozunuze qatiliram, edilenler vawa vurulmaz. Bawa vurulduqdan o uaxwiligim anlami qalmir ...

      Cavab yaz
  • Anonim
    Sirr · 8 Avqust 18:5540

    Bunlar gicdiler! Cammatı da axmsq yerine qoyublar. Biri 3 dene kitab oxuyub özünü lezvalıyır, o biri de firsunnan bilmir neylesin. Sonradan görmeler bele olur hemişe. Telefonda danışıb aydınlaşdıracaqlarını sosial sehifede yayımlayırlar. Ay düşükler bir şeyi de özel saxlayın ki maraqlı olasız. O boyda Sara Qedimovayla Hacıbaba Hüseynov baldız yezne olublar, müeyyen müddet münasibetleri de korlanıb.Hec kim bilmiyib, hele indi indi ortaya cıxır bu söhbetler. Yeqin rehmetliklerin de internete cıxışları bir de telefonları olmuyub ona göre)) Ne medeniyyet , ne incesenet. Şor bazarı deyerdim, şor da qiymetlidi( kalsiumdu)

    Cavab yaz
  • Anonim
    Rusiya · 8 Avqust 19:5151

    Gozel mentigli javabdir . Elnare Analigin zirvesindedir . 20 ilden sonra Royaya baxarig. Aile vajibdir ???Yoxsa ulduz olmag ?? zaman gosterejek...

    Cavab yaz
    • Anonim
      @@@ · 8 Avqust 20:5141

      Zirvə olmaz yamac olar. Lerikdə bir qadının 13 oğlu vardı. Heç o qadın Elnarə qədər fəxr edib, mənəm mənəm demirdi. Adam biraz sadə olar.

      Cavab yaz
      • Anonim
        Leyla (yeraz) · 8 Avqust 22:0021

        19:51. Analığın zirvəsi o vaxt olacaq ki, övladları sağlam ruhda savadlı kadr olaraq yetişəcək, və cəmiyyətə insanlara faydası toxuncaq. Belə, hələ tezdi zirvədən bəhs etmək.

        Cavab yaz
        • Anonim
          @@@ · 8 Avqust 22:2311

          Əhsən Leyla xanım.

          Cavab yaz
          • Anonim
            Leyla (yeraz) · 8 Avqust 23:2301

            @@@ Təşəkkür edirəm.)

            Cavab yaz
  • Anonim
    AYSEL Aysele cavab · 8 Avqust 20:3011

    mende aqil gel senede verim var sadece taninsin deye dedim ay xanimm

    Cavab yaz
  • Anonim
    Aysel aysele · 8 Avqust 22:3220

    Agili olan senin kimi danismaz.Men taninmaq maraginda deyilem.Fikirlerimi yaziram sadece.O qeder taninmaq heveslisisense sen adina bir isare qoy.Bu qeder.

    Cavab yaz
  • Anonim
    Medine xanim · 9 Avqust 00:3912

    Bu bitlibash rOya (Ilhame rehmetlik ) demishken hec kesi beyenmir . Sen Elnarenin tayi deyilsen aileli gozel anadir .

    Cavab yaz
  • Anonim
    AYSEL AYsele · 9 Avqust 10:4100

    sene soz dedim bawa duwmedin menjm dil bilmez adawimmm

    Cavab yaz
  • Anonim
    aea · 9 Avqust 13:4710

    Day nə qaldı, yıxdın sürüdün bütün xalq qarşısında, sonra da deyirsən ki, səni çox istəyirəm... Eyibdir vallah... övladları ortaya atmaq isə ümumiyyətlə yersiz idi. Birinin övladı olar, birinin olmaz... Birinin 1 övladı olar - Allah qorusun, birinin 5 övladı.... Hərənin öz zövqü, öz seviciləri var...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.