Şou-biznes

“Daş düşsün onun təpəsinə” - Mətanət qəzəbləndi

1 Avqust 2018 15:00
8 Şərh     Baxış: 8 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Mətanət Əliverdiyeva əməliyyat olunması haqda bu gün mediada yayılan xəbərlərə sərt münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən məlumatına görə, sosial şəbəkədə video paylaşan Mətanət bu informasiyanı təkzib edib və həmin jurnalistlərə qəzəblənib:

"Çox qəribədir. Verilişdə idim, görürəm saytda yazıblar ki, Mətanət ağır əməliyyat keçirib, tərpənə bilmir. Tərpənə bilməyən insan işə gəlir, kameranı götürüb çəkilişə gedir? Bu dezinformasiyanı yayan kimdir? Kim ki məni istəmir, Mətanətin daşı düşsün onun başına. Mətanət işdədir. Hazırda da "5 gəlin"in çəkilişindədir. Savadsız saytlar və savadsız jurnalistlər, belə getsə, bu peşənin axırı olmayacaq. Bu jurnalistlərin hamısına həvalə olunmur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.