Şou-biznes

Zamiqdən maraqlı açıqlama: "Özümü bəzən biznesmen kimi təqdim edirəm"

20 İyul 2018 15:03
9 Şərh     Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zamiq Hüseynov "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az xəbər verir ki, sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb. Zamiq bildirib ki, xaricdə olanda heç vaxt müğənni olduğunu bildirmir:

"Ailə ilə başqa oteldə idik. Orada tanışlıqlar oldu. Mən də tez ünsiyyət quran insanam. Gün ərzində tezdən oyanıram, müxtəlif növ idmanla məşğul oluram, hərəsində də başqa-başqa insanlarla ünsiyyətdə olursan. "Zamiq, sən nə işlə məşğulsan" - deyə soruşulanda isə deyirəm ki, mən biznesmenəm. Yəni istəmirəm də. Bəzən istəyirsən ki, tam rahat olasan. Ona görə də səni tanımayan insanların sənə müğənni gözü ilə deyil, başqa sahənin adamı kimi baxmalarını istəyirsən".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.