Şou-biznes

Ramaldan ona pomidor deyən Niyama: "Xəngəl bişirən..."

17 İyul 2018 16:26
5 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pomidor şitilinin içində orijinal pomidor çıxıb. O, şitilin içində orijinal adam var, arada gəlir qatılır, ondan ona deyir, aləmi qatır. Nə vaxtsa, əlimə keçəcək".

Milli.Az axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Niyam Salami Ramal İsrafilovun ünvanına deyib. Sənətçi bir vaxtlar yaxın dost olduğu Ramalı pomidora bənzədib.

R.İsrafilov isə "Xəzər maqazin"ə açıqlamasında Niyamın sözlərinə sərt reaksiya verib:

"Musiqiçiyəm, bəstəkaram. Peşəm mahnı yazmaqdır. Mənim musiqi menyumda ancaq musiqiçi ola bilər. Ona görə də xəngəl bişirənlərin adını çəkməyin. Mənim boynumda "fartuk" görmüsən? Aşpazam? Əziz aşpazlar, dadlı yeməklər bişirin, başınızı qazandan o tərəfə çıxarmayın. Nə deyir özüdür: pomidor da, badımcan da özüdür. Tərəvəz ancaq aşpaza lazımdır. Mənə səs, musiqi, ürək, hit lazımdır. Sənət qalıb kənarda, pomidordan danışıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.