Şou-biznes

"Qadın kimi xoşbəxt ola bilməmişəm" - Fatimə ağladı - VİDEO

17 İyul 2018 20:10
7 Şərh     Baxış: 5 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Günay Firudinqızının "Ulduzlu yayım" verilişinin ilk qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Çox əziyyət çəkmişəm. Elə günüm olub ki, qızım ət istəyib ala bilməmişəm. Çox yaxşı yaşamışam, amma sonra düşmüşük. Həmin günləri görən biri kimi, çalışıram indi heç kimin qəlbini sındırmayım. Məni o qədər sındırmaq istəyiblər. İndi-indi yaxınlarımın dəstəyini görürəm. Özümdə görmədiklərimi qızım Aydanımda görmək istəyirəm. Elə olub ki, qadın kimi xoşbəxt ola bilməmişəm. 22 il nə qardaş, nə də ata yanımda olub. Son 2-3 ildir ailədə xoşbəxtlik tapmışam. O da oğlumun atası yanımdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.