Şou-biznes

"Mən satılmıram..." - Röya

17 İyul 2018 12:11
3 Şərh     Baxış: 5 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" və onun aparıcısı Afaq Gəncəli ilə aralarında baş verən söz-söhbətə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın Röyaya, Röyanın isə verilişə qadağa qoyması xəbəri yayılıb. Hər iki tərəf bu qadağanı özünün qoyduğunu iddia edir.

R.Ayxan İnstaqram səhifəsində bununla bağlı paylaşım edib və bunları yazıb:

"Ucuzlaşmayaq... Mən bunda söz götürmədim ki, kimsə məni müzakirəyə qoysun. Bunu da aramızda dostcasına danışmışıq. Mən satılmıram".

Qeyd edək ki, prodüser Tarix Əliyev (Tolik) İnstaqram-da şərh yazaraq Röyanın verilişə qadağa qoyduğunu bildirib.

Röya daha sonra əkizlər Sevil və Sevinc Səfərovanın müğənni Murad Arifin "Oppalara" mahnısını bəyənməməsinə də söz atıb. O, "Murad Arif şükür edirəm... Ay qızlar, durun gedək oppalara" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.