Şou-biznes

Afaq Röyaya qadağa qoyub?

16 İyul 2018 23:39
13 Şərh     Baxış: 5 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan son bir neçə müddətdir ki, "ATV maqazin onlarla" verilişində yer almır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl müğənninin mahnılarının "Hit-parad" rubrikasında yer alması onun xoşuna gəlməyib. Rubrikaya qonaq olan sənətçilərin Röyanın mahnısını tənqid etməsi qarşı tərəfi əsəbiləşdirib.

Proqramın aparıcısı Afaq Gəncəli ilə R.Ayxanın bu məsələyə görə aralarında qalmaqal yaşanıb. Həmin ərəfədə Afaqın proqramda Röyaya qadağa qoyduğu xəbəri yayılmışdı. Aparıcı onunla bağlı süjetlərin verilişdə yayımlanmasına icazə verməyib. 

Röya isə bu haqda İnstaqramda paylaşım edərək aparıcının ünvanına "Bunlar düzdür mənim "Kuvşin"im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm" sözlərini demişdi.

Prodüser Tarix Əliyev isə ötən gün İnstaqram səhifəsindəki paylaşımla diqqət çəkib. O, əslində veriliş yox, Röyanın onlara qadağa qoyduğunu iddia edib. O, əkizlər Sevil və Sevincin verilişdə Röyanın adını çəkməməsinə belə münasibət bildirb:

"Dedilər ki, Röya bizə qadağa qoyub onun adını çəkməyin?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.