Şou-biznes

"Mənə şər-böhtan atmısınız" - Rəqqasə ilə şairə arasında qalmaqal səngimək bilmir

14 İyul 2018 13:20
3 Şərh     Baxış: 6 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal səngimək bilmir. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, söz-söhbət Səfərlinin rəqqasə ilə küsülü olan müğənni Xatun Əliyeva arasındakı qalmaqala münasibət bildirməsi qarşı tərəfi özündən çıxarıb. Fatimə Naziləyə "Salonumdan istifadə edib, indi pisləyir" sözlərini deyib. 

N.Səfərlinin ona cavabı gecikməyib. O bildirib ki, Fatiməyə ilk dəstək olan özü olub: "Hörmətli rəqqasə Fatimə Fətəliyeva, baxmayaraq ki, gözəllik salonuna məni sən özün dəvət etmişdin, amma bu gün Xatunla olan söz-söhbətinə məni də qatdığın üçün məcburam xatırladım. Gözəllik salonundakı bütün xidmətlərin haqqını qəpiyinə kimi məndən almısan. Bununla belə salonundakı naşı ustalarından biri mənim çox bahalı qaynağımı tamamilə məhv etdi. O ki, qaldı kişi söhbətinə, mən sənin nəslindən heç kimi tanımıram, anandan və qızından başqa heç kimi də görməmişəm. Özünü tanıyan qadın heç kimin kişiliyinə şübhə edə bilməz.
 
Yaşda səndən kiçik olsam da, sən mənim şeirlərimdən hər zaman bəhrələnmisən və xına dünyasına məndən sonra gəlmisən. Onu da unutma, ilk reklam çarxını sənin xonça dükanında mən etdim ki, qabaga gedəsən. Məncə, təşəkkür borclusan. Təmkinlə düşün və analiz et. Özün yaxşı bilirsən ki, mən kiminsə sözünü kiməsə çatdıran insan deyiləm, öz ağlım və düşüncəm var. Nə qədər gec deyil, məndən üzr istəsən, şad olaram".

Fatimə isə Naziləni onun salonunu antireklam etməkdə günahlandırıb: "Görürsünüz ki, mənim salonumu antireklam edir. Şükürlər olsun ki, salonumda peşəkarlar çalışır. Qaldı ki, pul almağa, hər zaman rəhbəri olduğum salonda Nazilə xanıma endirimlər edilibdir. Qanunla cavab verəcəksiniz. Mənə şər-böhtan atmısınız. İndi kim kimdən üzr istəməlidir? Mən yox, siz özünüz-özünüzü bu söhbətə qatdınız".

Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.