Şou-biznes

Zaur efirdə aktrisaya: “Niyə ərə getmirsən?”

14 İyul 2018 13:14
10 Şərh     Baxış: 6 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev efirdə xalq artisti Firəngiz Mütəllibovanın bacısı aktrisa Nərgizi utandırıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Zaur "niyə ərə getmirsən?" deyib aktrisanı biabır edib: "Belə gözəl-göyçək qızsan, qapınızı döyən yoxdurmu ki, səni almaq istəyirəm? Özün göyçəksən, gözəl formadasan, bacın məşhurdur, indi gərək Firəngiz xanımın qapısının ağzı mitinq olaydı. Sevgilin də yoxdur?"

Aktrisanın Zaura cavabı belə olub: "Vaxtım keçib, ərlə bir evdə qala bilmərəm. Amma hərdən Firəngizə deyirəm ki, gərək ərə gedim".

Zaur elə həmin verilişdə qonağı olan Aşıq Zülfiyyəyə üz tutaraq Nərgizə ər axtarıb:

"Ay Zülfiyyə xanım, belə gözəl qızdır, yəni qohum-əqrəbanızda bir oğlan yoxdur ki, Firəngiz xanımla qohum olmaq istəyəsiz?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.