Şou-biznes

"Hüseyn Dərya Elşad Xoseyə görə boks əlcəyi ilə gəlmişdi"

13 İyul 2018 12:54
5 Şərh     Baxış: 2 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Kamran Həsənli reperlər Elşad Xose ilə Hüseyn Dərya haqqında maraqlı faktı açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı "Onda başladıq" verilişində bunları deyib:

"Kontrakt" layihəsində ilk qonağımız repçi Elşad Xose olmuşdu. Şərtlərə əsasən, Elşad Xose ya rəhmətlik Hüseyn Dərya ilə boks yarışına çıxmalıydı, ya da  saçı kəsilməliydi. Hətta Hüseyn Dərya da boks əlcəkləri ilə gəlib çəkiliş meydançasında gözləyirdi. Amma tamaşaçılar Elşadın saçının kəsilməsinə səs verdilər. Maştağalı bərbər Rafiq də gəldi, Elşadın saçını qırxdı.

Başqa verilişdə isə Royanı qonaq etdik. Ona isə şərt qoyduq ki, Primadonna tatusu vurdursun. Sonra paxılların ucbatından proqram əlimdən alındı".

Qeyd edək ki, "Kontakt" ATV-də yayımlanırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.