Şou-biznes

Aşıq Zülfiyyənin elə fotoları yayıldı ki, şok oldu: Ay tövbə, mən deyiləm...

10 İyul 2018 12:39
1 Şərh     Baxış: 23 117

Aşıq Zülfiyyəni özündən çıxarıblar.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə adına saxta profillər yaradıldığını bildirib:

"Getdiyim məclisdə, yaxınlaşıb paylaşım etdiyim fotolardan söz açdılar, məəttəl qaldım ki, axı mən sosial şəbəkələrdə yoxam, bunlar hansı paylaşımlardan danışır. And-aman etdim ki, ay tövbə, o, mən deyiləm, mənim internetdən başım çıxmır. Oğlum Babək baxıb gördü ki, adıma profillər açılıb, fotolar paylaşılır. Hansı ki, o fotolar heç özümdə yoxdu. Şəkilləri görəndə şoka düşdüm ki, bunları harada çəkiblər. Bildim ki, fanatların işidir. Babək bir neçə profili sildirdi, amma təzədən yenə açıblar".

Sənətçi onu da bildirdi ki, sosial şəbəkə izləyiciləri tərəfindən bir dəfə də olsun təhqirə, irada tuş gəlməyib: "Amma altında o qədər gözəl rəylər yazılır ki... İnanın bir cümlə belə təhqir, irad yazan yoxdu. Amma, insanları aldatmaq olmaz. Lazım bilsəm, elə özüm profil yaradıb, paylaşımlar edərəm".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyul 13:33126

    Burdaki bezi serh yazanlar kimi oyrenceklidirdiler de basqasinin ad soyadiynan yazirlar sekil qoyurlar utanmirlar qorxmurlar eeeee Bele insanlari hec basa duse bilmirem ne lezzet alirlar kiiii???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.