Şou-biznes

Roza ilə Nura arasında birincilik qalmaqalı

10 İyul 2018 11:22
11 Şərh     Baxış: 4 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli ilə Nura Suri arasında qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-ın məlumatına görə, Roza "Xəzər maqazin"ə açıqlamasında Nuranın onu təkrarçılıqda ittiham etməsinə cavab verib:

"Nura kitab yazıbsa, gərək bunu işıqlandırardı. Birinci edən yox, birinci təqdim edəndir ilk. Nura xanım kitab yazıb üzə çıxarmayıbsa, bu onun tənbəlliyidir. Bir layihə üzərində çalışan insan onu etməlidir və onu insanların ixtiyarına verməlidir.

24 saat işlərimlə bərabər kitabımın üzərində işləmişəm. Deməli, mən əziyyət çəkən insanam. Burdan bir fikir deyim, Nura xanım da eşitsin. İlk önəmli deyil, keyfiyyət önəmlidir. Kitabını təqdim etsin, məni də dəvət eləsin. Mənim aldığım rəylərin 20 faizini alsın, sonra ilkə imza atmış o olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.