Şou-biznes

"İşləmirdim, yola verirdim" - Natavan Həbibi

23 İyun 2018 23:24
7 Şərh     Baxış: 6 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İşimdə 9-10 illik fasilə verdim. Kefimə baxırdım. Mən işləmirdim, ildə bir-iki mahnı oxuyaraq yola verirdim. İşə başlayanda isə mən həmin görüntünü qaytarmaq istədim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "O başdannan" verilişinə qonaq olan müğənni Natavan Həbibi deyib. O bildirib ki, uzun fasilədən sonra yaradıcılığında yeniliklər etməyə başlayıb. Sənətçi son günlər xeyli çəki atmasından danışıb:

"Dedim, işə başlayıram, dəyişməliyəm. Amma öz-özünə baş verdi. Psixoloji idi. Stresslər, həyəcanlar bir anda baş verdi. Mən yemək yemirdim. İştahım bağlanmışdı. Gün ərzində 1 dənə qutab yeyirdim və doyurdum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.