Şou-biznes

Üzeyir Neymarla bir arada - FOTO

23 İyun 2018 20:23
1 Şərh     Baxış: 2 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov Braziliyanın ulduz oyunçusu Neymarla görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, görüşdə çəkilmiş fotosunu Instaqram hesabında paylaşıb.

Neymardan imza alan Üzeyirin fotosu İnstaqram izləyiciləri tərəfindən maraqla qarşılanıb.

İspaniyanın "Barselona" futbol klubunun ulduz oyunçusu azərbaycanlı ilə görüşə öz oğlunu da gətirib.

Qeyd edək ki, Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib.

O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.