Şou-biznes

"Durub onunla qırğına çıxası deyiləm ki…"

23 İyun 2018 15:33
1 Şərh     Baxış: 2 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, skripka ifaçısı, maestro Ceyhun İsmayılov qalmaqallı açıqlaması ilə sükutu pozub.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, çoxdandır görünməyən sənətçi ad çəkməsə də, çoxlarının bostanını daşlayıb:

"Nəyimə lazımdır, kim lüt gəzdi, kim boşandı? Mən belə şeylərlə maraqlanmıram. Belə dedi-qodularla gündəmə gəlməyi heç istəmirəm. Vallah, heç qonşunun avtomobilinin nömrəsini bilmirəm. Adam var e, qonşunun dostunun qardaşoğlusunun avtomobilinin nömrəsini əzbər bilir. Nəyimə lazımdır, belə mənasız şeylərə vaxt ayırım? Artıq vaxtım olanda kitab oxuyuram, sənətimlə məşğul oluram.

Cılızlaşmaq istəmirəm. Qalmaqal, dedi-qodu, ona-buna söz atmaq mənlik deyil. Sokratın bir gözəl kəlamı var ki, danış, deyim sən kimsən. Həqiqətən də, insan ağzını açıb danışanda, mənliyini, içini ortaya qoyur. Məni də qalmaqala çəkmək istəyiblər, amma qartal qanadına qarğalar baxır. Mən barış, sülh adamıyam. Daxili mədəniyyət mütləq olmalıdır. Bu da bəzi insanlarda yoxdur. Çünki evdə bişməyib, qonşudan gəlməyib. Elə sənət adamları var ki, intellekti məndən aşağıdır, danışığını bilmir. Amma durub onunla qırğına çıxası deyiləm ki...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.