Şou-biznes

"Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı" - Əli Mirəliyev - VİDEO - FOTO

22 İyun 2018 11:59
12 Şərh     Baxış: 11 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı olan nəvəsi olub.

Milli.Az bildirir ki, sənətçi gəlininin oğlunu, yəni onun nəvəsini tərk etməsindən danışıb:

"Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl gör, axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yemək də vermirdilər buna".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı" - Əli Mirəliyev

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.