Şou-biznes

Röya Aygünü bağışladı - O an gözlərim doldu

22 İyun 2018 09:46
18 Şərh     Baxış: 8 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan aylardır ki, qalmaqal yaşadığı və məhkəməlik olduğu Aygün Bəylər barədə açıqlama verib.

Milli.Az qafqazinfoya istinadla xəbər verir ki, müğənni instaqram səhifəsində Aygün və qızı Cahanın fotosunu paylaşıb. 

O, həmin paylaşımda Aygünü bağışladığını qeyd edib: "Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdim. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı "haram" adlandırdın. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq Yaradana sənə cavab versin dedim.

Amma o an unutdum ki, sənin qızın var. O, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Deyirlər ki, günahlarımız övladlarımızın boynuna yazılır. Bunan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.