Şou-biznes

Efirdə mikrofon açıq qaldı - "İfritəyə oxşayan"

21 İyun 2018 15:47
4 Şərh     Baxış: 8 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil"  verilişində gözlənilməz hal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişin qonaqlarından biri də mərhum müğənni Vidadi Bərdəlinin ikinci həyat yoldaşı Nahidə Heydərova olub. Efir zamanı ifaçının ilk evliliyindən dünyaya gələn qızı Necla xanım zəng edib. 

N.Heydərova Neclanın zəng etdiyini bilən kimi sərt reaksiya verib və mikrofonun açıq olduğunu unudaraq "Necla, ifritəyə oxşayan" sözlərini deyib. 

Qeyd edək ki, V.Bərdəlinin müğənni qızı Aytac Vidadiqızı ilə N.Heydərova arasında qalmaqal yaşanıb. N.Heydərova hazırda həbsxanada olan oğlu Tuncayı bacılarının qəbul etmədiyini söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.