Şou-biznes

“6 saat oxumaq üçün gərək içkili olasan” - Vüsal etiraf etdi - VİDEO - FOTO

20 İyun 2018 16:10
0 Şərh     Baxış: 2 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni Vüsal Hacıyev maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, müğənni, ilk olaraq, həmkarlarından fərqli olaraq notun, musiqinin, sənətin nə olduğunu yaxşı başa düşdüyünü bildirib:

"Palaza bürünmək üçün Bülbül adına musiqi məktəbini bitirmək lazım deyildi. Vokal sənətilə maraqlanmaq lazım deyildi. Gündəmdə olan musiqiləri ifa etmək üçün bu təhsilə ehtiyac yoxdur".

Sənətçi daha sonra həmkarları kimi hər gün toy idarə edə bilməyəcəyini də etiraf edib:

"Müğənnilər var ki, ay ərzində 20-25 dəfə toya gedir. Musiqiçiyə böyük miqdarda vəsait lazımdır, yaxşıdır bu. Amma toy bazarında bütün günü olmaq məni yorur. Ayıq başla altı saat toyda oxumaq mümkün deyil. Gərək içkili olasan. Çünki insan aqressiv olur. Məclisi ələ almaq, altı saat dayanmadan oxumaq çox çətindir. 20 gün dalbadal oxuya bilmərəm". 

Vüsal Hacıyevlə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"6 saat oxumaq üçün gərək içkili olasan" - Vüsal etiraf etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.