Şou-biznes

Ceyhun Elzanın fotosunu yandırdı: "Hər kəs öz yerini bilsin" - VİDEO

19 İyun 2018 14:08
11 Şərh     Baxış: 5 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Ceyhun Əliyev olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi əməkdar artist Elza Seyidcahanın şəklini yandırıb və haqqında sərt fikirlər səsləndirib:

"İlhamə Quliyeva sizin haqqınızda nə qədər gözəl danışırdısa, bəzən də elə sözlər deyirdi ki, şəxsən mən özüm travma alırdım o sözlərdən. Bu aqressiyanız rəhmətliyin dövründən qalıb. Keçən dəfə baxdım siz Damlanın şəklini cırdınız, çox təsirləndim. O qıza qarşı zərbəniz məni tamaşaçı kimi sarsıtdı. Mən indi sizin şəklinizi yandırsam, ekran qarşısında necə təsirlənəcəksiniz.

Sizin şəklinizi yandıracam. Bu gündən sonra "Hit-parad"a gələn ifaçılara bu, nümunə olsun. Dərs olsun ki, sənətçi sənətçini bu dərəcədə aşağı salmaz. Görüm bu, sizə necə təsir edəcək. Mənə yaraşmır, amma bunu etməliyəm. Bu tüsü çox sobalardan çıxacaq. Və hər kəs öz yerini bilsin. Məncə, siz də bundan sonra şəkil cırmazsınız. Elza xanımın sənətinə, şəxsiyyətinə, yazdığı mahnılara deyildi bu addım. Onun etdiyinə cavab idi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ceyhun Elzanın fotosunu yandırdı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.