Şou-biznes

“Keyxanım”ın toyundan ilk görüntülər - VİDEO - FOTO

19 İyun 2018 09:17
30 Şərh     Baxış: 20 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Keyxanım" ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir.

Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edir. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
Onu da əlavə edək ki, bu, 37 yaşlı "Keyxanım"ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Keyxanım"ın toyundan ilk görüntülər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.