Şou-biznes

Mətanət "Maşın"ın final gecəsinə çağrılmama xəbərindən danışdı

17 İyun 2018 18:54
18 Şərh     Baxış: 10 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Mətanət Əliverdiyevanın "Maşın" şounun final gecəsinə dəvət olunmadığı haqda xəbər yayılıb. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən Əliverdiyeva çəkilişi olduğu üçün verilişə qatıla bilmədiyini deyib:

"İstəyirsiniz "M group"un əməkdaşları ilə əlaqə saxlayıb soruşun. Mən və digər iştirakçılar dəvət olunmuşduq. Biz düşmən deyilik ki... Çağırmayıblar nə sözdür? Orada heç kimlə düşmənçiliyim yoxdur. Oradakıların hamısı mənim dostumdur. Bircə Aytən Səfərova ilə aramız yaxşı deyil. Mənim onunla münasibətim yoxdur. Çoxdan olan söz-söhbətdir, ANS-in vaxtından. Aytəni 1997-ci ildən tanıyıram. Onu yaxşı tanıdığım üçün həmin sözləri deyirdim. Rozası da, Pərvini də onun üzünü gördülər sonra. 

Final gecəsinə çox adam gəlməmişdi, niyə ancaq məndən yazırlar? Əgər efir axşam canlı getsəydi qatılacaqdım. Amma günorta saat 4-də çəkiliş idi. Mənim isə öz verilişimin çəkilişi var idi, çatdırmadım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.