Şou-biznes

"Xəstəxanada olduğum vaxt mənə sürpriz etdi" - Nazim - VİDEO - FOTO

14 İyun 2018 16:28
0 Şərh     Baxış: 1 473

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni-bəstəkar Nazim Məmmədov maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, 35 illik yubileyi ilə bağlı hazırlanan "10 Ulduz" adlı remiks albomu haqda danışan Nazim dostu, aranjimançı Fərid İmanın ona olan sürprizi ilə bağlı bunları dedi:

"Aranjimançı Fərid İmanın bir sürprizi oldu ki, xəstəxanada olduğum vaxt məni müjdələdi. Fərid mənim bir neçə mahnımın aranjimançısıdır. Biz onunla nəinki mənim, başqa bəstəkarların da mahnıları üzərində işləyirik. Fərid dedi ki, sənin 35 illik yubileyinə belə bir albom hazırlamaq istəyirəm. Adı "10 Ulduz" olsun. Bu isə silsilə olacaq, "10 Ulduz 1", "10 Ulduz 2", "10 Ulduz 3". Çünki bizim oxunmuş mahnılarımız çoxdur. Mənim illər öncə oxunmuş mahnılarıma müraciət edib, onları remiks və ya rimeyk formada təqdim edəcəyik. Fərid İman mahnıları olduğundan fərqli bir formaya salıb həmin ifalara yeni bir nəfəs vermək istəyir. Onlardan biri işıq üzü gördü. Elçin Cəfərovun "Göstər get" mahnısı yeni formada təqdim olundu".

O, daha sonra tamaşaçıların hansı müğənnilərin bu albomda səsini eşidəcəklərini də açıqlayıb:

"İlk dəfə eksklüziv olaraq, sizə deyim. Xalq artisti Aygün Kazımovanın ifasında mənim "Dönək evimizə" mahnım vardı, onun üzərində işləyəcəyik. Natavan Həbibinin ifasında "Sevəcəyəm" mahnısının rimeyk variantı olacaq". 

Nazim Məmmədovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.