Şou-biznes

Azərbaycanlı yazar Türkiyənin məşhur serialında - FOTO

14 İyun 2018 15:47
1 Şərh     Baxış: 4 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Rusiyanın ortaq istehsalı olan "Kalbimin sultanı" adlı tarixi serial dünəndən etibarən yayımlanmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, güclü aktyorları ilə seçilən ekran işində azərbaycanlı aparıcı və yazar Gülay Hüseynova da yer alıb.

"Reyhan kalfa" obrazı ilə serialda rol alan Gülay əsas obrazlardan sayılır.

Onun rol aldığı serial 44 ölkədə yayımlanacaq.

Qeyd edək ki, Hüseynova hələ də  "Aşk-ı Memnu", "Kara Sevda" və "Fatmagül'ün Suçu Ne?" kimi serialların tanınmış rejissoru Hilal Saraldan aktrisalıq dərsləri alır.

Onu da bildirək ki, Gülay Hüseynova "P.S. Zaten boyun da küçüktü" və "Ve bir amerikano..." kimi Türkiyədə bestseller olmuş kitabların müəllifidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.