Şou-biznes

Mətanətin "Maşın" şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB

13 İyun 2018 02:30
8 Şərh     Baxış: 19 945

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva ATV kanalında yayımlanan "10-dan sonra" proqramının qonağı olarkən "Maşın"da SMS-lərin düzgün hesablanmadığını deyib.

Milli.Az xəbər verir ki, şounun müəllifi Murad Dadaşov bu mövzu ilə bağlı açıqlama verməsə də, verilişin buraxılışında məsələyə üstüörtülü aydınlıq gətirib:

"Maşın" haqqında orada-burada çoxlu söhbətlər gəzir. Bu illər ərzində maşının bir vacib cəhəti var ki, oyun həqiqətən də ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerində, amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır".

Xatırladaq ki, M.Əliverdiyeva veriliş haqqında bunları söyləmişdi:

"Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan xanımam".

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    6 hiss · 13 İyun 05:40223

    Ay Metis men senin yerinde olsam efire cixmaram cunki tamasaci seni sevmir bunu men hiss edirem ve serhlerden oxuyuram bosuna eziyyet cekme

    Cavab yaz
  • Anonim
    Tat · 13 İyun 08:58143

    Ay Mətanət yorğanına bax ayağını uzad

    Cavab yaz
  • Anonim
    Xura · 13 İyun 09:15222

    Metanet xanim unutma ki, duz doz deyeni sevmieler. Ona gore hecne danishmayin. Gerek evvelden bileydiz "yarishmada" kimler var.Sizi hami sevir size ugurlar .

    Cavab yaz
  • Anonim
    ali · 13 İyun 09:3722

    Mətanət xanım bu şou xeyir verməsə 16-ci sürətə gəlib çıxardı sizcə ? Hamı bilir. sadəcə cammat baş qatır.

    Cavab yaz
    • Anonim
      alsu · 13 İyun 10:1480

      metanet xanim esemesler duzgun hesablanmirsa onda inanmiram murad dadawov sizi hec vaxt oyundan kenarlawdirmayacaqdi cunki en qalmaqalli oyuncu sizdiniz reytinqe gore sizin qalmaginiz daha yaxwi idi onun ucun yeni demek istediz ki tamawaci meni sevirdi ses verirdi amma duzgun hesablamayib meni uzaqlawdirdilar yox eksine siz ses toplaya bilmediniz

      Cavab yaz
  • Anonim
    nino · 13 İyun 11:0940

    Mənasız söhbətlər

    Cavab yaz
  • Anonim
    Oxucu · 13 İyun 12:5350

    Maşın şou-da hansı maxinasiyalar gedir onu deyə bilmərəm, amma Mətanət xanımın həqiqətən səs toplaya bilmədiyinə inanıram. Həm bu şouda özünü pis tərəfdən göstərdi, həmdə elə efirdən də hörmət-izzət qazanmayıb. O, sadəcə populyardır. Birdəki gözündəki linzanl çıxartsaydı yaxşı olardı, sifətini yaxından göstərəndə adam qorxur, gözləri vampir gözünə oxşayır.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 13 İyun 13:1440

    Metiş özünü haqlı göstermekçün qalıb ne oyun çıxarsın,sen uduzdun metiş,seni kimse çıxartmadı ve bu meğlubiyyetinle barışmalısan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.