Şou-biznes

"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" - Pərviz qəza keçirən həmkarından DANIŞDI - VİDEO - FOTO

12 İyun 2018 15:35
18 Şərh     Baxış: 26 623

Xəbər verdiyimiz kimi, qəzaya düşən Türkan Vəlizadə və Zeynəb Həsəninin son durumları ilə bağlı ARB TV-nin "Səhər-Səhər" kollektivi süjet hazırlamışdı.

Milli.Az bildirir ki, ağır xəsarət alan hər iki ifaçının ziyarətinə ən çox yolu gözlənilən Pərviz Bülbülənin gəlməməsi ağıllarda bir çox suallar yaradıb. Zeynəb Həsəninin isə "İnsanları belə günlərdə tanımaq olur" ifadəsi elə birbaşa Pərviz Bülbülənin ünvanına göndərdiyi mesaj olub.

Proqram zamanı aparıcı Elgiz Əkbər duet ortağının nəyə görə ziyarətinə getməmə səbəbini öyrənmək üçün meyxana ustadı Pərviz Bülbüləylə canlı yayımda telefon bağlantısı yaradıb.

Maddi durumu çətin vəziyyətdə olan Türkana nəyə görə əl uzatmamağının səbəbini meyxanaçı belə izah edib:

"Ramazan ayı ilə əlaqədər şənliklər azdı deyə, özümə istirahət ayırmışam. Amma təəssüf ki, Türkan xanım da istəyirdi ki, istirahət etsin, qismət... Allah şəfa versin. O ki qaldı Türkan xanımın xəstəxana ilə bağlı problemləri, hamısı nəzarətdədir, hamımız əlaqə saxlayırıq. Bu gün Türkan xanımın yanında oturub xəstəxanada gözləmək, gözə girmək, bu, o dərəcədə lazım deyil. Elə də ağır vəziyyətdə deyil. Maşallah, günü-gündən yaxşılaşır, xəbər tuturuq. İkincisi isə maddi məsələyə qalanda, əgər Türkan xanım düşdüyü qəza vəziyyətindən özünə pul tapıb çıxa bilməyəcəksə, o, mənimlə niyə oxuyur? Şadlıqlara niyə gedir? Siz qeyd etdiniz ki, mən zənginəm. Xeyr, heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz probelmlərini aradan qaldıra biləcəyi qədər madiyyat qazana bilmirdisə, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allaha, maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə, bir az şəhərdən kənardayam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" - Pərviz qəza keçirən həmkarından DANIŞDI

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 12 İyun 15:37208

    COXX gözel yerinde otuzdura bilen cvb)))).....

    Cavab yaz
  • Anonim
    mudrik · 12 İyun 15:3986

    duz deyir de. Perviz daha yaxsi biler kimin neye ehtiyaci var,kime neyi elemek lazimdir.

    Cavab yaz
  • Anonim
    Meryem · 12 İyun 16:041314

    Nifret etdim bu insana.nece demey olar bele sozler..birlikde pul gazananda yaxsiydi amma.sbh bu adam ne yawiyacag heckim bilmir.baxirdim bu gun verliwe esebden oldum.bir kiwi nece bele sozler deye biler.vicdan ve urey bawga seydi.bos elibosda getmey olardi yanina ne mecburdu pul veresen.

    Cavab yaz
    • Anonim
      FREEDOM · 13 İyun 09:5530

      ne bilirsen Turkan Pervize nece od qoyub o da mecbur qalib bu sozleri demeye. islerin azligindan Turkan istifade edib gedib xarice, ancaq qezaya dusende duet ortagi yadina dusur?

      Cavab yaz
  • Anonim
    Lmn · 12 İyun 16:21144

    Perviz oz arvadinin qorxusundan bele danisib yeqin.

    Cavab yaz
    • Anonim
      lcm na · 13 İyun 09:4330

      arvatdan qorxmayan kafirdi deyibletr a lcm

      Cavab yaz
  • Anonim
    Dilek · 12 İyun 16:4396

    ne yalan deyim ifalari gozelldi...lakin........instaqramda Pervizle Turkan etttoken hereketler edirdi veeee....inanmayanlar youtube da baxsin.....amma Efirde danisanda perviz ele danisirki elebil butun yenitukililerin daslarin yigib cibine...ki agir olsunnn..

    Cavab yaz
  • Anonim
    x · 12 İyun 16:5335

    Cox ela deyib. Halaldir.

    Cavab yaz
  • Anonim
    xxx · 12 İyun 17:1161

    Bu nə danışır belə.

    Cavab yaz
    • Anonim
      alsu · 12 İyun 17:5943

      aileli adamdirda nece daniwsin bes amma belkede her gun gedir

      Cavab yaz
  • Anonim
    Ulka · 12 İyun 19:5173

    Aileli adamdı, sehne başqa real heyat başqa. Belke ailesinde problem yaranacak

    Cavab yaz
  • Anonim
    nino · 12 İyun 21:1740

    Pul qazananda yaxşı iddiiiii

    Cavab yaz
  • Anonim
    Sabina · 12 İyun 21:2041

    Sehne dostu kimi bu ayda gerek KOMEK ederdi imkanı olsa kiraye qalmaz Perviznen oxumaz tek oxuyub pul qazanar bele daniwiq Pervizden gozlemezdim

    Cavab yaz
    • Anonim
      MAN · 13 İyun 09:5441

      Səbiş salam! Adını çəkmirəm eldən ayıbdı...Hal hazırda çox tanınan iki müğənniayrı ayrılıqda mənim qonşuluğumda kirayəgə yaşayırdı.Hər kəs bilirki onların ailəsinin imkanı və evi var.O qızlar orada sərbəst həyat tərzi keçirərək ad san , mənsəb sahibləri oldular.Kirayədə qalmaq çox vaxt böyük imkan qazanmaq üçün stimul yaradır...

      Cavab yaz
  • Anonim
    adil · 12 İyun 22:0020

    arvadi qisqancdi yeqin

    Cavab yaz
  • Anonim
    Zeynäb · 13 İyun 01:2300

    Yeqinki kòmay eliyarda. Her şeyin düzünû Allah bilir

    Cavab yaz
  • Anonim
    LADY- L · 13 İyun 01:57112

    Guya ki , xestexanaya 1 defe gedib onlara bash cekmekle ne olacaqdi. Sehnede cicim- balim oxuyub min hoqqadan cixanda soz olmur ancaq xeste ziyaretine gedende soz olur ? Oz vicdan temizliyine arxayin olan insan hec bir dedi qoduya mehel qoymadan insanliq borcunu yerine yetiren insandi. Belke xatirlayanlar olar produsser Teranenin mashini gece polisler terefinden cerime meydancasina aparilanda o kucenin ortasinda aglaya-aglaya qalmishdi. Pervizden xahish eleyirdi ki, onu hec olmasa eve aparsin. Cenabi Perviz bey de mashinin shushelerini , qapilarini berk-berk baglayib etinasiz halda mashinin icinden ona tamasha eledi, sonra da qaz verib hadise yerinden uzaqlashdi. Uzun sozun qisasi Pervizin bu coxdanki adetidir. Yixilana el uzatmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.