Şou-biznes

"Qara pələngim, panteram mənim..."

12 İyun 2018 12:25
18 Şərh     Baxış: 9 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" şounun 16-cı buraxılışı gözlənilməz hadisələrlə yadda qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunlardan biri də bugünkü verilişdə nümayiş olunub.

Belə ki, ən çox şəkli atılan Uran səs toplayıb oyundan Pərvin Abıyevanı çıxarmaq fikrində idi. Lakin Roza Zərgərli Aytən Səfərova və Pərvin Abıyevaya üz tutaraq, "Kim əlini mənə görə maşından götürər?", "Kim əsl dostdur?" deyib. Buna cavab olaraq Pərvin əlini maşından götürüb və bildirib ki, o, heç vaxt ikiüzlü oyun aparmayıb.

Abıyevanın bu jestinə bəzi məşhurlar biganə qala bilməyiblər. Onlar hisslərini sosial mediada bölüşüblər. 

Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq yazıb:

"Qara pələngim, panteram mənim, oradakılara və bəzilərinə kişilik dərsi keçdin".

Rejissor Kənan M.M. də Abıyevanın addımını alqışlayıb:

"Mənim dişi aslanım, birdənəsən, düz elədin. Aslanlar tək-tək gəzər. Pərvin Abıyeva sən 100000000 kişiciklərə dəyərsən. Hər kəsə sənin kimi mərd dost arzu edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.