Şou-biznes

"Yaxşı kişi "gəzər" də" - Cavanşir Məmmədovdan şok açıqlama - VİDEO

12 İyun 2018 12:11
17 Şərh     Baxış: 3 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədov Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində şəxsi həyatı ilə bağlı gizlinləri açıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, müğənni hər bir insanın həyatıboyu 2-3 dəfə aşiq olduğunu bildirib:

"Sevgi sağalmaz xəstəlikdir. Alimlər, təbiblər, akademiklər onun müalicəsini tapa bilməyib. Hər insan həyatıboyu 2-3 dəfə dərindən sevir. Əgər bu sevgi evliliklə nəticələnirsə, sonradan uşaqlara bölünür və kişi qadın arasında dostluğa çevrilir".

Tolikin "Heç toydan evə kostyumunuzda "pomada" ləkəsilə gəlmisinizmi? Xanımınızın reaksiyası necə olub?" sualına müğənninin cavabı belə olub:

"Görüb. Elə indi də görür. O qədər gəlmişəm ki... "Pomada"nı evə gətirə bilərsən. Əsas odur ki, kişi xəstəliyini evə gətirməyəsən. Biri səni öpər, dost kimi. Kişilər gəzəyən olur. Yaxşı kişi gəzər də... Bunu nəzərdə tuturam. "Pomada" nədir ki..."

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cavanşir Məmmədovdan şok açıqlama:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.