Şou-biznes

“Pul vermisən ki, səni...” - Aysel Pərvini susdurdu - QALMAQAL

12 İyun 2018 09:56
20 Şərh     Baxış: 18 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pərvin Abıyevanın "Maşın şou"da səsləndirdiyi "Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam" ifadəsi gənc və cazibədar aktrisa Aysel Nazimi özündən çıxarıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən Aysel qarşı tərəfin cavabını verib:

"Pərvin deyəsən unudub ki, Türkiyədə məşhur filmlərə çəkilən aktrisalarımız var. Xatırlamırsa, mən ona xatırladaram. Nəsrin Cavadzadə, Könül Nağıyeva, Günay Musayeva kimi aktrisalarımız qardaş ölkədə Azərbaycanı təmsil edirlər. Mən özüm dəfələrlə türk proqramlarına çıxmışam, məşhur aktyorlar qonağım olub. Bu qədər insanın zəhmətini yerə vurmaq, uğurunu inkar etmək olmaz. Sən isə ay Pərvin, yalnız Bakıda filmlərə çəkilmisən, özü də öz maliyyən hesabına. Mən və adını çəkdiyim aktrisalara pul verib, qonorar ödəyib, filmə çəkiblər, sən isə özün pul vermisən ki, səni filmə çəksinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.