Şou-biznes

"Hüseyn deyirdi ki, sən mənə atamdan artıqsan" - Əli Mirəliyevdən İLGİNC AÇIQLAMALAR

11 İyun 2018 13:29
8 Şərh     Baxış: 4 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın şou"nun keçmiş iştirakçısı, müğənni Əli Mirəliyev dünən gecə vayner Hüseyn Əzizoğlunun əməkdar artist Abbas Bağırovu oyundan kənarlaşdırmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Mirəliyev ölkə.az-a açıqlamasında bildirib ki, iştirakçılar qeyri-səmimidirlər:

"Oyundur da, kimsə kimisə kənarlaşdırmalıydı. Amma düzgün olmaq lazımdır. Mən tək yatırdım deyə, Hüseynin kimə necə müraciət etməsindən xəbərsizəm, heç kimin də işinə qarışmırdım. Hüseyn deyirdi ki, sən mənə atamdan artıqsan. Bu gün bilinəcək nə var, nə yox. Özlərini bir-birinə yaxın aparırlar, sonra düşmən olurlar. Heç baş açmadım ki, orada nə oyunlar gedir".

Qeyd edək ki, şounun dünənki səsverməsinin qalibi olan Hüseyn Əzizoğlu aktrisa Pərvin Abıyevanı hədəf göstərsə də, sonda Abbas Bağırovu oyundan kənarlaşdırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.