Şou-biznes

"Rafaelə hələ bu da azdır" - Gənc musiqiçilər 5 qat dünya çempionu haqqında - VİDEO - FOTO

6 İyun 2018 14:47
4 Şərh     Baxış: 10 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rafael Ağayev hansısa başqa bir ölkənin idmançısı olsa idi, onun üçün mahnılar bəstələnər, şeirlər yazılardı. Biz də bunu nəzərə alaraq "niyə biz Rafael üçün bir şey etmirik?" deyə düşündük və ortaya belə bir lahiyə çıxdı.

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan repinin parlayan simalarından Paster həmkarı Xpert-lə bərabər yeni çıxardıqları parça haqqında deyiblər.

"RAFAEL AGAYEV" adlanan parça karate üzrə 5 qat dünya çempionu Rafael Ağayevə həsr edilib və repçilərin yeni çıxacaq "İKİQAT" albomunda yer alıb.

Musiqisi Clavis-ə (Emin Euro) məxsus olan rep parçasının səs rejissorluğu Drek-ə aiddir. Mahnı üçün çəkilmiş klipin rejisoru isə İlkin İmanovdur.

Paster saytımıza yeni çıxan parça barədə danışıb:

- Bu cür lahiyənin hazırlanmasında məqsəd nə idi?

- Bu parçada Rafael Ağayevi önə verməklə sanki bir qəhrəmanı önə verirmiş kimi hiss edirdik özlüyümüzdə. Hansı ki insanlar onun etdiklərinə elə də önəm vermir və tez yaddan çıxarırlar. Bizim də əsas məqsədimiz o idi ki, bu parça ilə hər kəsin yadına salaq ki, belə bir qəhrəman var, yaddan çıxarmayın.

- Rafael Ağayevin xəbəri var idi bu lahiyədən?

- Xeyr özündən xəbərsiz etdik. Çünki 5 dəfə dünya çempionu olmuş, hətta səhv etmirəmsə, Yaponiyada heykəli olan bir insan üçün bizim etdiyimiz zənnimcə azdır belə. Çünki hər bir şeyi ilə Rafael bizi dünyaya tanıdır.

- Rep parçaları adətən mesajlar və atmacalarla dolu olur. Bəs sizin bu mahnınızda hansısa mesaj var?

- Təbii ki, elə ilk mesaj onun necə bir şəxsiyyət olması, ikincisi isə Rafael Ağayev karatedə necədirsə, bizdə repdə o cürük mesajıdır.

Yeni çıxmış parçanı sizlərə təqdim edirik:

Xatırladaq ki, rep tarixində çox sənətçilər olub ki, sözünü demiş idmançılar üçün musiqi parçaları hazırlayıblar. Belə repçilərə Tupak AZAD-ı misal çəkmək olar.

Dünya boks tarixinin ən güclülərindən sayılan Mayk Taysonla yazdığı rep parçalarla Amerika dövlət başçılarını belə narahat etmiş Tupak Amaru Şakurun dostuluğu çoxuna məlumdur.

.

Vaxtilə məşhur reperin bokçu dostu üçün hazırladığı rep parçası da dinləyicilərin marağına səbəb olmuşdu.

2Pac - Let'z Get It On

Daha bir nümunə kimi alman repçi AZAD-ın Konor Makqreror üçün hazırladığı parçanı da göstərmək olar.

AZAD - Conor McGregor (feat. CALO)

Qeyd edək ki, Xpert və Pasterin yeni parçası qısa müddət ərzində böyük marağa səbəb olub və Youtube platformasında 5 gün ərzində 80 min baxış sayı yığıb.

Adil Nəcəfov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.