Şou-biznes

Əzizə Mustafazadə Xalq artisti oldu

27 May 2018 22:12
24 Şərh     Baxış: 6 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xalq artisti fəxri adını almış mədəniyyət xadimlərindən biri də Mustafazadə Əzizə Vaqif qızıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sevincini özünün "İnstaqram" səhifəsində bölüşən caz ifaçısı göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Əzizə xanımın fəxri ad almasına sevinən pərəstişkarları onu təbrik edib, sosial şəbəkələrdə bu yöndə paylaşımlar ediblər.

Qeyd edək ki, Əzizə xanım dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.