Şou-biznes

“İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik” - DJ Roşka - VİDEO - FOTO

26 May 2018 12:16
8 Şərh     Baxış: 26 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Günaylı Şənbə" verilişinin növbəti qonaqları müğənni İradə Mehri və DJ Roşka olublar.

Milli.Az bildirir ki, DJ Roşka şou-biznes nümayəndələrinin yaradıcılıqdan uzaq olduğunu dilə gətirib: 

"Şou-biznes nümayəndələri artıq yaradıcı insan deyil. Arxa planda olan insanlar var. Mən özümü o arxa planda olan insanlardan sayıram. Mahnını ərsəyə gətirmək var. Müğənni, sadəcə, oxuyur. Amma onun bəstəsi, sözü, aranjemanı var. Yəni halva edib verirsən, müğənni yeyir onu".

Dj Roşka, eyni zamanda, İradə Mehri ilə aralarında olan münasibətdən söz açıb:

""İradəylə bizim "Amma yenə də" mahnısından əlavə çox gözəl dostluğumuz var. Biz elə bir məhsul vermişik ki, necə deyim beynimdə bir bənzətmə var. Elə bil ki, bizim balaca bir körpəmiz var, ona görə ayrıla bilmərik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik" - DJ Roşka

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.