Şou-biznes

“Bunu biləndə yaxınlarım şoka düşdü…”- Humay gizlin ailə qurub? - FOTO

23 May 2018 11:13
23 Şərh     Baxış: 13 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc sənətçi Humay Qədimova şəxsi həyatından danışaraq, haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən Humay sosial şəbəkədə paylaşdığı fotoların onun barəsində şayiələrə rəvac verdiyini deyib:

"Tez-tez qardaşımın uşağı ilə fotolarımı paylaşıram. Ağlıma da gətirməzdim ki, bu fotolar şəxsi həyatımla bağlı söz-söhbətlərə səbəb ola bilər. Hətta ən yaxın adamlarım belə, şoka düşdü ki, Humay hamıdan gizlin ailə qurmusan, xəbərimiz yoxdur? Sosial şəbəkədə durmadan yazdılar, təbrik etdilər. "Nurayım" deyə müraciət etdiyim və mənə çox oxşayan həmin qız qardaşımın övladıdır. Hamı deyir ki, sanki bir almanın yarısısız, o, sənin qızındır. O insanlara demək istəyirəm ki, vallah-billah subayam. Əlbəttə, ailə qurmaq hər bir qızın arzusudur. Amma bu, sifarişlə olmur, bu qismətə bağlıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.