Şou-biznes

Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib? - TƏFƏRRÜAT

21 May 2018 23:57
8 Şərh     Baxış: 27 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzluyla (Əsədova) həmkarı Vəfa Şərifovanın arasındakı qalmaqalın əsl səbəbi bəlli olub

Milli.Az ölkə.az-a istinadən bildirir ki, iki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir. Belə ki, Famil illər öncə Ş.Tovuzluyla vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifovayla münasibətə başlayıb.

Bildirilir ki, V.Şərifova hazırda Famil adlı şəxsdən hamilədir. Deyilənlərə inansaq, Ş.Tovuzlu hələ də keçmiş həyat yoldaşının həmkarıyla evlənməsini qəbul edə bilmir.

Qeyd edək ki, bir neçə gün öncə prodüser Tolikin aparıcısı olduğu "Hər şey daxil verilişində qonaq olan V.Şərifova Şəbnəm Tovuzlu barəsində xoşagəlməz fikirlər səsləndirmişdi.

"Prodüserə demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları, bir ayda üç kişi ilə yataq şəkilləri yayılanla bir arada çəkilsin",- deyə Şərifova bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.