Şou-biznes

“Bu gözəlliyi heç kim görmür” - Əməkdar artistin cazibədar qızı - FOTO

21 May 2018 12:30
51 Şərh     Baxış: 8 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva tədbirlərin birində fotokameramıza poz verib.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən əməkdar artistin cazibədar qızı gözəllik haqqında fikirlərini bölüşüb:

"Heç vaxt özümü gözəl qız saymamışam. Gözəl olmaq məcburiyyəti də hiss etməmişəm özümdə. Düşünürəm ki, insanı gözəlləşdirən içindəki işıqdır. İnsan var ki, qüsursuz gözəldir, amma içində işıq yoxdursa, bu gözəlliyi heç kim görmür".

Aynişan bu yaxınlarda sevimli itinin öldüyünü də deyib. Gözə, nəfsə inanmasa da, itinin ölümünü nəfslə əlaqələndirib:

"Deyirlər nəfs var, amma mən belə şeylərə inanmıram. Anam hərdən evdə üzərlik yandırır. Bu yaxınlarda sevdiyim itim öldü. O itimə o qədər bəxtəvərçilik verən var idi ki, düşündüm ki, yəqin nəfsə gəldi. Bir həftənin içində öldü, heç bilinmədi dərdi nədir. Həkimlərə də apardıq, dərdinə əlac tapılmadılar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.