Şou-biznes

"Gündə 15 foto paylaşırlar, bezdirirlər"

19 May 2018 18:30
5 Şərh     Baxış: 2 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə qəribə aqresiya var. Bilmirəm, düşünürlər hər şeyi danışa bilərik. Amma oturub çox şeyi oxumuram. Hansısa sayt məndən yazırsa, başlığı oxuyuram. Amma durub ona yazılan şərhlərə baxmıram. Amma mənə bir dənə də olsun təhqir yazmırlar. Heç bir şərhi pozmuram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Samir Cavadzadə "Açıq pəncərə" verilişində deyib. İnstaqramda özünə yeni profil açan Samir sosial şəbəkələrdən bəhs edib:

Sənətçi həmkarlarını izləməməsinin səbəbini açıqlayıb:

"Çünki Facebook-da var hamısı. Bəzisini izləyirəm. Çoxdular, izləyə bilmərəm. Heç kimin xətrinə dəyməsin. Arada görəndə deyirlər ki, niyə məni izləmirsən? Cavab verirəm ki, mən izləsəm nə olacaq? Bəzisi gündə 15 foto yerləşdirir. Bu da çox edir, bezdirir. Ona görə də izləmirəm. Kim daha az foto paylaşır, daha rahatdır. Tanınmışlar var ki, başqa adlarla sənət dostlarına tənqid yazırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.